VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
6/10/2016 [09:58] - Siyasət ( 665 dəfə baxılıb)
Kəmaləddin Heydərovun oğlu Brüsseldə ofis açdı - Foto

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Avropa İttifaqının (Aİ) mərkəzi olan Brüsselin diplomatik məhəlləsində yeni ofisinin açılış mərasimi olub. Cəmiyyətin Brüssel ofisinin adı dəyişdirilərək TEAS Benelüks ofisinə çevrilib. 

Avropa.info xəbər verir ki, açılış mərasiminə Brüsseldəki diplomatik korpusun nümayəndələri, Belçikanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporasının fəalları və Azərbaycanın dostları qatılıb. 

Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Belçikanın Xarici İşlər üzrə Dövlət Federal Xidmətinin prezidenti Dirk Aşten, Belçikanın Xarici Ticarət və İnkişafa dair Əməkdaşlıq üzrə Dövlət Federal Xidmətinin Şərqi və Cənubi-Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru Co İndekeu və Belçika baş nazirinin müavini, Xarici və Avropa İşləri Nazirinin Ofisinin direktor müavini Mark Mullie iştirak edib.

Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders bildirmişdir ki, Azərbaycan və Belçika arasında çox gözəl dostluq və əməkdaşlıq münasibətləri var və bu münasibətlər Avropa Azərbaycan Cəmiyyətinin iştirakı sayəsində daha da irəliləyib. D.Reyndersin sözlərinə görə, TEAS Brüsseldə Avropa İttifaqının müxtəlif qurumlarında tədbirlər təşkil etməkdə davam edir: “Mən azərbaycanlı həmkarım Elmar Məmmədyarovun təyarə ilə Brüsselə enməsindən cəmi iki saat sonra bu tədbirə qatılmışam. Azərbaycanın Belçikaya və bütün Avropaya daha da yaxınlaşmasında TEAS-ın rolu yüksək qiymətləndirilməlidir. Belçika - Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”.  

Natiq daha sonra bildirib ki, qarşılıqlı ticarət missiyalarının və ötən il onun Bakıya səfəri zamanı xarici sərmayə yatırımlarının həcminin artırılmasına dair razılıq əldə olunub: "Belçika şirkətlərinin Bakıda fəal olmasını görmək çox xoşdur. Eyni zamanda, ikitərəfli investisiyaların səviyyəsinin artırılması üçün də bir çox imkanlar vardır. Belçika dizaynerləri və şirkətləri Bakının möhtəşəm inkişafına öz töhfələrini verib. Xüsusilə, “Fluxys” şirkəti Trans-Adriatik Boru Kəmərinin (TAP), Xəzərin Azərbaycan sektorunda yerləşən “Şah Dəniz” yatağından qazın İtaliyada yerləşən birləşdiriciyə çatdıracaq Cənub Enerji Dəhlizinin tikintisində əsas rol oynayır.
“TEAS Brüsseldə yerləşməklə Azərbaycanın haqq səsini Avropa dairələrinə çatdırır və bu missiyanı uğurla həyata keçirir. Aİ–Azərbaycan münasibətləri çox inkişaf edib və bunun nəticəsində Birlik və Əməkdaşlıq Sazişləri imzalanmışdır. Yeni Çərçivə Sazişi ratifikasiya edilib, bu sənəd bir sıra məsələləri əhatə edir. Mən Azərbaycan Prezidenti İlham Əliyev, azərbaycanlı həmkarım Elmar Məmmədyarov, həmçinin məcburi köçkünlərlə görüşmüşəm. Azərbaycan rəsmiləri ilə görüşlərdən məmnun qaldım. Azərbycanlı məcburi köçkünlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdırlar. Mən onların dərdinə şərik çıxıram. Tezliklə onların dogma yurdlarına qayıtmasını arzulayıram”. 

Belçikanın sabiq iqtisadiyyat naziri və Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin direktoru Mark Vervilghen bildirib: “Nəyə görə Brüssel və Benelüks ölkələri TEAS üçün bu qədər önəmlidir? Buna bir çox səbəb var – Brüssel Avropanın və Avropa İttifaqı institutlarının paytaxtıdır. Brüssel NATO-nun baş qərargahıdır, Brüsseldə ərazinin bir kvadrat metrinə düşən səfirlərin sayı dünyanın hər hansı yerində olduğundan daha çoxdur, Benelüks Aİ-nin müjdəçisi olub və Benelüks Belçika, Niderland və Lüksemburqu təmsil edir – bunlar güclü iqtisadiyyatı olan üç ölkədir. Benelüks Aİ-nın bir növ sınaq laboratoriyasıdır.
Azərbaycan Avropa və Asiya, Rusiya və Orta Şərq arasında bir çox yolların kəsişməsində və mühüm coğrafi məkanda yerləşdiyi üçün geosiyasi cəhətdən vacib ölkədir. Azərbaycan Rusiya, Türkiyə və İran arasında mühüm bir yer tutur. Bu üç ölkə beynəlxalq siyasət və iqtisadiyyatın gələcək trayektoriyasının müəyyən edilməsində böyük rol aynayır və oynayacaqdır. Bundan əlavə, Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirən 7200 kilometrlik Şimal-Qərb nəqliyyat dəhlizinin və hazırda inşası gedən 45 milyard dollarlıq Cənub Enerji dəhlizinin mərkəzi nöqtəsidir. Bu dəhliz Azərbaycan qazını Avropaya gətirəcək və 2020-ci ildən etibarən enerji təchizatında müxtəlifliyi təmin edəcəkdir.

Azərbaycan dünyavi, tolerant, multikultural və çox konfessiyalı ölkədir. Dünya Yəhudiləri Konqressinin nümayəndələri təzəlikcə ölkəyə səfər etmişdilər ki, onlardan sonra Papa Fransisin səfəri baş tutdu. Papa Azərbaycanın tolerant olduğunu qəbul etdi. Bu ölkə öz regionunda bir model, ekstremizmə qarşı dayaq və bütün dünya üçün nümunədir”. 

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib ki, Benelüks ölkələri Avropa İttifaqının məhək daşıdır və buna görə də TEAS-ın Benelüks ofisinin olması çox vacibdir: "Yüz illər boyu davam edən müharibələrdən sonra Benelüks tamamilə sülhsevər bir məkana çevrilib. Cənubi Qafqazın da bu cür sülhə ehtiyacı vardır. Avropada ölkəmiz haqqında obyektiv məlumatların çatdırılmasında TEAS-ın çox böyük fəallıq nümayiş etdirir. Azərbaycan beynəlxalq terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlığa qarşı işində bütün ölkələrlə sıx əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı ölkələri ilə. Hamımız birlikdə olanda biz daha güclüyük”.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov deyib  ki, TEAS uzun bir yol keçib: "Bizim məqsədimiz mədəniyyətimiz və tariximizi təbliğ etmək və Avropa İttifaqı - Azərbaycan münasibətlərinin genişləndirilməsinə öz töhfəmizi verməkdir. Azərbaycan Aİ ilə eyni dəyər və baxışları bölüşür və bu günümüzdə üzləşdiyimiz çətinliklərin öhdəsindən birgə əməkdaşlıq şəraitində gələ bilirik". 

Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət üzrə müşaviri, skripkaçı Səbinə Rakçeyeva Azərbaycan folklor melodiyalarını, İ.S.Baxın D Minorda Tokkata və Fuqa əsərlərini böyük ustalıqla ifa edib.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!