İsrail BMT sülhməramlılarının maşınını vurdu: Yaralılar var

  • 14:56 - 30 Mart

İsrailin pilotsuz təyyarəsi Livanın cənubuna endirdiyi zərbələr nəticəsində Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) üç əsgəri və bir livanlı mülki şəxs yaralanıb. 

Avropa.info xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, BMT sülhməramlılarının zirehli maşını Rimeiş kəndi yaxınlığında İsrail pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb. 

Agentlik aydınlaşdırıb ki, ölən livanlı UNIFIL-də tərcüməçi işləyib. Yaralılar helikopterlə xəstəxanaya aparılıb. 

İsrail ordusu UNIFIL avtomobilinin Rimeyşada hədəf olmadığını bildirib. UNIFIL hələlik hücumla bağlı şərh verməyib. 

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri BMT Təhlükəsizlik Şurasının 19 mart 1978-ci il tarixli Qətnaməsinə və hər altı aydan bir yenilənən müvəqqəti mandata uyğun olaraq Livanın cənubunda, İsraillə sərhəddə yerləşən BMT-nin sülhməramlı qüvvəsidir.

 

Avropa.info 


Oxunma sayı: 12013

Oxşar yazılar