“Avroviziya”da Avropanın 10 ölkəsinin nümayəndəsindən ÇAĞIRIŞ: Bu məsələdə susmaqdan utandıqlarını bildirdilər

  • 10:47 - 30 Mart

"Avroviziya" mahnı müsabiqəsində Belçika, Portuqaliya, Böyük Britaniya, İrlandiya, İsveçrə, Norveç, Danimarka, Litva, Finlandiya və San-Marinodan olan nümayəndələr blokadada olan Qəzza zolağında təcili və davamlı atəşkəsə çağırıblar. 

Avropa.info xəbər verir ki, 10 ölkənin musiqiçiləri sosial mediada birgə bəyanat yayaraq, işğal olunmuş Fələstin torpaqları və xüsusilə Qəzza zolağındakı vəziyyətlə bağlı susmaqdan utandıqlarını bildiriblər. 

“Bizim üçün məzlumlarla həmrəylik nümayiş etdirmək və sülh, dərhal və davamlı atəşkəs və bütün məhbusların azad edilməsi üçün səmimi arzularımızı ifadə etmək çox vacibdir”, - deyə birgə bəyanatda bildirilir. 

Musiqiçilər islamafobiya və antisemitizm də daxil olmaqla nifrətin bütün formalarına qarşı olduqlarını vurğuladılar və musiqinin universal birləşdirici gücünə işarə etdilər. 

Birgə bəyanatı Belçika - Mustii, Portuqaliya - İolanda, Böyük Britaniya - Olly Alexander, İrlandiya - Bambie Thug, İsveçrə - Nemo, Norveç - Gate, Danimarka - SABA, Litva - Sylvester Belt, Finlandiya - Windows95Man və San Marino - Meqara nümayəndələri imzalayıblar. 

Avropa.info


Oxunma sayı: 11881

Oxşar yazılar