Rusiyada yeni terror hücumu cəhdi: Orta Asiya əsilli 3 nəfər son anda yaxalandı - VİDEO

  • 15:25 - 30 Mart

Rusiyanın daxili kəşfiyyat idarəsi Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin cənubunda terror aktı törətməyi planlaşdıran 3 nəfərin saxlanıldığını bildirib. 

Avropa.info xəbər verir ki, Stavropol vilayətində hücum cəhdinin qarşısı alındığını açıqlayan FTX terrorçuların Orta Asiya əsilli olduğunu bildirib. Rusiya kəşfiyyatı ələ keçirilən silahlı şəxslərin görüntülərini də yayıb. 

Açıqlamada partlayıcı istehsalda istifadə edilən kimyəvi maddələrlə yaxalanan bu şəxslərin Stavropolda izdihamlı tədbirə bombalı hücum təşkil etməyi planlaşdırdığı qeyd edilib. 

Ötən cümə günü Rusiyanın paytaxtı Moskvada konsert zalında törədilən terror aktı nəticəsində 139 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürdüyü halda, Moskva Ukraynanı hücuma görə məsuliyyət daşıdığını bildirib. 

 

Avropa.info


Oxunma sayı: 21781

Oxşar yazılar