“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı

  • 22:12 - 18 Mart

Türkiyə xarici işlər naziri Hakan Fidan “Kurtlar Vadisi” serialı ilə bağlı ona ünvanlanan sualı cavablandırıb.

Avropa.info bildirir ki, nazir bu serialla əlaqələndirilməsinə etiraz etmədiyini söyləyib.

Hakan Fidan sosial şəbəkələrdə bununla bağlı paylaşımlardan xəbərdar olduğunu da bildirib:

“Zaman-zaman haqqımda olan paylaşımları göstərirlər. Çox sayda “Kurtlar Vadisi” var. On dörd yaşından dövlətin önəmli xidmətlərində olanda hər cür işlərlə əlaqələndirilirsən. Mən də artıq buna heç bir şey demirəm. Ediləcək bir şey yoxdur, bu, bizim taleyimizdir”.


Oxunma sayı: 15720

Oxşar yazılar