“2020-ci ildə icbari tibbi sığorta tam həyata keçiriləcək” – Komitə sədri

  • 15:43 - 18 Yanvar
Əhaliyə tibbi yardımın səviyyəsinin yüksəldilməsi üçün icbari tibbi sığortanın tətbiqindən başqa yol yoxdur. Avropa.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda 2020-ci ildə icbari tibbi sığorta tam şəkildə həyata keçiriləcəyindən, 2019-cu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ili elan olunub. “Bildiyiniz kimi, 2020-ci ildən ölkədə icbari tibbi sığortaya tam keçilməsi nəzərdə tutulur. 2019-cu il isə bu prosesdə həlledici il olacaq. Odur ki, bu məsələləri tənzimləmək üçün “TƏBİB” yaradılıb və bu qurum artıq fəaliyyətə başlayıb. Bu quruma da böyük, geniş səlahiyyətlər verilib. Bu baxımdan hesab edirəm ki, bu qurumun fəaliyyəti də bu sahədə səmərəli və effektli olacaq. Ümumiyyətlə, ölkədə səhiyyə xidmətini ən yüksək səviyyədə təmin etməyin yolu icbari tibbi sığortanın tətbiqindən keçir və inanıram ki, biz bu məsələdə qarşıya qoyulan məqsədlərə nail olan biləcəyik”,-komitə sədri bildirib. Avropa.info

Oxunma sayı: 865062

Oxşar yazılar