"Bu sahənin inkişafı Prezidentin yürütdüyü siyasətin ana xəttini təşkil edir" - Deputat

  • 17:45 - 25 Mart

"Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı  ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı belə bir fikir işlətdi ki, əsas hədəfimiz güclü iqtisadiyyata, güclü orduya və daxili sabitliyə nail olmaqdır. Müasir dövrdə hər hansı bir ölkənin güclü iqtisadiyyatın formalaşmasında  azad sahibkarlıq müstəsna rol oynayır. Ona görə də Azərbaycanda azad sahibkarlığın  inkişafı üçün lazım olan mübit şərait yaradılıb. Bu sahənin inkişafı isə cənab Prezidentin  yürütdüyü siyasətin ana xəttini təşkil edir".

Bunu Avropa.info-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə,  bu gün görürük ki, hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. "Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir və özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır".  

O əlavə edib ki, son illərdə ölkənin iqtisadi inkişaf tendensiyasına baxsaq. o zaman  azad sahibkarlığın ölkə iqtisadiyyatında  payının artdığını şahidi olarıq: "Həyata keçirilən siyasətin nəticəsi olaraq 2023-cü ildə sahibkarlığın ÜDM-ki payı 85 faizə yaxın olub. Qarşıdakı hədəf isə daha böyükdür.  Cənab Prezident andiçmə mərasimində çıxışında yeni mərhələdə  prioritetlərdən biri kimi də azad  sahibkarlığın və liberal iqtisadiyyatın olduğunu bəyan etdi. Ölkə başçısı bəyan etdi ki, qarşıdakı hədələrə nail olunmasında iqtisadiyyatımız inkişaf etməlidir. "Bunun üçün xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir", - Prezident qeyd etdi.  Ona görə də Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpasın azad sahibkarlıq da öz töhfəsini verməlidir və ölkə başçısı bununla bağlı  özəl sektorun təmsilçilərinə müraciəti də olub. Ona görə də biz azad sahibkarlığın və liberal iqtisadiyyatı təşviq etməklə ölkə iqtisadiyyatındakı  çəkisinin artmasına nail olmalıyıq. Çünki rəqabətədavamlı azad sahibkarlıq formalaşmasa, o zaman bir qarşıdakı bir proseslərdə ləngiyə bilərik. Xüsusən də müasir dövrün tələbə olan texnologiya  sahəsində geridə qala bilərik. Geridə qalmamaq üçün özəl sektor bu istiqamətdə öz  töhfəsini verməlidir. Ölkə başçısı da andiçmə mərasimində qeyd etdi ki, qarşıdakı vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. "Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı bunu hamı gördü. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi. 

Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, geridə qalacağıq. Biz isə geridə qala bilmərik", - Prezident bəyan etdi. Ölkə başçısı  azad sahibkarlığın və liberal iqtisadiyyatın daha da inkişaf etdirilməsi, bu sahənin inkişafı üçün zəruri addımlaırn yaradılması məqsədi ilə bundan sonra da  islhatların davam etdirəcəyini bəyan edib. 

Ölkədə azad sahibkarlığın və liberal iqtisadiyyatın  dah da sürətlə inkişaf etməsi  sahəsində digər dövlət quurmlaır ilə yanaşı Milli Məclis də bu sahədə qanunvericilik sahəsinin təkmilləşdiirlməsi istiqamətində davamlı olaraq  fəaliyyət göstərir. Cənab Prezidentin  bu istiqamətdə müəyyən etdiyi siyasətin həyata keçməsinə öz töhfəsini verib və verməkdədir.  qanunverici orqan bundan sonra da  bu sahədə  bütün zəruri addlımları atacaq".

 

 Avropa.info


Oxunma sayı: 10858

Oxşar yazılar