"Azərbaycanda gənclərlə işləyən mütəxəssislər yetərincə deyil" – Nazirlik rəsmisi

  • 13:35 - 25 Yanvar
“Bu gün Azərbaycan əhalisinin 2.6 milyonunun təşkil etsə də, gənclərlə işləyən mütəxəssislər yetərincə deyil. Respublikada belə bir böyük kütlə ilə işləyən kadrların sayı cəmi 244 nəfərdir”. Avropa.info xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin şöbə müdiri Hicran Hacıyeva parlamentin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin 30 faizini gənclər təşkil edir. “Hazırda gənclərin sayında azalma meylləri müşahidə olunsa da, yaxın gələcəkdə gənclərin sayının artması gözlənilir”. Qanuna nəzərdə tutulan dəyişikliklərin zəruru olduğunu qeyd edən H. Hacıyeva deyib ki, indiyədək çox mütərəqqi dəyişikliklər əldə edilib və bu təcrübələr qanuna dəyişiklikləri zəruri edir. “Gənclər sahəsi elə bir sahədir ki, bu sahə daim inkişa edir, yeni təcrübələr əldə edilir. Ona görə də gələcəkdə də qanuna yeni dəyişikliklərin ediləcəyi istisna deyil”, - şöbə müdiri deyib. H. Hacıyeva bildirib ki, bu gün gənclər ölkə əhalisinin 2,6 milyonluq bir ordusunu təşkil etsə də, onlarla işləyən kadrlar çox azdır. “Bu gün respublikada gənclərlə işləyən 244 kadr var. Gənclərlə işləyən kadrlar elə yüksəksəviyyəli və peşəkar kadr olmalıdır ki, onların maraq və tələblərini təmin edə bilsin. Ona görə də qanuna gənclərlə işləyən kadrların hazırlanması məsələinin salınması da yaxşı olardı”,- H. Hacıyeva qeyd edib. H.Hacıyeva, eyni zamanda, gənclərin bir vətəndaş kimi yetişdirilməsində rolunun daha da artırlması ilə bağlı müddəaların əlavə edilməsini təklif edib. Mürtəza Avropa.info

Oxunma sayı: 870056

Oxşar yazılar