Kafedə insanlar girov götürüldü: Bölgədəki evlər boşaldıldı

  • 15:00 - 30 Mart

Hollandiyanın şərqindəki Ede qəsəbəsində bir kafedə bəzi şəxslərin girov götürüldüyü öyrənilib. Polis şəhərin mərkəzini boşaldıb və ərazidəki evləri boşaldıb. 

Avropa.info xəbər verir ki, şübhəlinin partlayıcı və ya silah hədəsi ilə çox sayda insanı girov götürdüyü bildirilsə də, kafenin içərisində neçə nəfərin olduğu açıqlanmır. 

Polis təhlükəsizlik səbəbiylə hadisə ilə bağlı ətraflı məlumat verməsə də, ətrafdakı 150 evin boşaldıldığı və şəhər sakinlərindən evlərində qalmalarının istəndiyi öyrənilib. 

Şəhər mərkəzi bağlı olarkən, çevik qüvvət polisi və partlayıcı ekspertlər də hadisə yerinə gəlib. 

Fransanın AFP xəbər agentliyinə danışan polis mənbələri hadisədə indiyədək heç bir terror şübhəsinin olmadığını bildirib.


Oxunma sayı: 11837

Oxşar yazılar