İspaniyadan Azərbaycana daha çox turist axacaq – Foto

  • 16:12 - 04 Mart
 İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) təşkilatçılığı ilə İspaniyanın "Basque Destination" turizm şirkətinin baş direktoru Lorea Uranga Bakıya səfərə gəlib. Avropa.info xəbər verir ki, səfər çərçivəsində xanım L.Uranga yerli şirkətlərin nümayəndələri ilə görüşüb, əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşlərin nəticəsi olaraq, ispan şirkəti Azərbaycanda özünə tərəfdaş müəyyınləşdirə bilib. Azərbaycanın "Z Coach Group" və İspaniyanın "Basque Destination" turizm şirkətləri arasında əməkdaşlıq haqqında memarandum imzalanıb. Bakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) Fərid Mustafayev çıxış edərək Azərbaycanın ispaniyadan turist cəlb etməsi üçün böyük potensialı olduğunu bildirib. ACAE-nin də məqsədlərindən biri buna dəstək verməkdir. Assosassiya rəhbəri, "Z Coach Group" turizm şirkətinin peşəkarlığı və böyük təcrübəsi sayəsində İspaniya şirkəti ilə əməkdaşlığın uğurlu olacağına əminlik ifadə edib. "Basque Destination" şirkətinin baş direktoru Lorea Uranga Bakıda olduğu iki gün ərzində şəhərlə tanış olduğunu və bunun onda oyatdığı xoş təsüratla bölüşüb. Xanım L. Uranga, Azərbaycanın böyük turizm potensialının, zəngin mədəniyyətinin avropalılar, eləcə də ispanlar üçün maraqlı olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan və İspaniya arasında birbaşa avia əlaqənin yaradılması, Azərbaycanda ispandilli bələdçilərin çoxaldılması və daha da peşəkarlaşması İspaniyadan Azərbaycana daha çox turistin axınına səbəb olar. "Z Coach Group" turizm şirkətinin direktorunun müavini Leyla Eyvazova çıxışında Azərbaycanın çox geniş turizm imkanlarından danışıb. Şirkətin baş direktoru Nizməddin Hüseynzadə isə bu tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, Avropa ölkələrinin Azərbaycanı bir turizm istiqaməti kimi görməsi olduqca vacibdir. İspaniya isə Avropada turizmin inkişafı baxımından ən uğurlu ölkələrdən biridir. İspaniya iləəməkdaşlıqdan Azərbaycanın turizm bazarının çox şey öyrənə biləcəyini bildirib. Tədbirin sonunda İspaniyadan gələn qonaq, bu ölkənin Basklar Ölkəsi nümunəsində turistləri cəlb etmək üçün atılan addımlar vəəldə olunan uğurlar haqqında danışıb. O bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirib.

Oxunma sayı: 775049

Oxşar yazılar