Deputat: "Bu, Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir"

  • 14:31 - 30 Mart

"Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində təkcə Cənubi Qafqaz bölgəsində deyil. ümumiyyətlə  beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət kimi tanınır.  Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verib və verməkdədir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirməkdədir. Xüsusilə də, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Parlament diplomatiyası da  ölkəmizin xarici siyasət kursunda  və uğurlarının əldə edilməsində mühüm yer tutur". 

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir: "Milli Məclis parlament diplomatiyası vasitəsi ilə   istər Azərbaycan həqiqətlərinin təbliği istiqamətində, istərsə də digər sahələrdə yürüdtüyü siyasət, ölkəmizin sülh ölkəsi və dünyada sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin olunmasındakı rolu barədə  öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb və çalışır.
Milli Məclis sədri Sahibə Qafarovanın rəhbərliyi ilə martın 22-dən 26-dək Cenevrəyə edilən səfər bunun bariz nümunəsidir. Səfər zamanı beynəlxalq səviyyəli parlament təşkilatların toplantılarında iştirak və  toplantılar çərçivəsində keçirilən ikitərəfli görüşləri parlament diplomatiyası baxımdan çox  uğurlu və mühüm əhəmiyyət kəsb edən səfər hesab edə bilərik. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək idi. Həmin toplantılarda Azərbaycan üçün böyük maraq və əhəmiyyət kəsb edən məsələlər müzakirə oldu. Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda müzakirələr aparıldı. Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova  bu gün hamını narahat edən beynəlxalq qaydalara əməl olunmaması, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsi nəticəsində dünyanın daha parçalanmış və təhlükəli hala gəldiyini  və bununla bağlı Azərbaycanın mövqeyini  toplantı iştirakçılarının diqqətinə çatdırıb. Cənab Qafarova  müasir dünyada parlament diplomatiyasının artan əhəmiyyətindən danışaraq sülh və qarşılıqlı anlaşma yaradılmasında parlamentlərin rolu barədə fikirlərin bölüşüb. Spiker Qafarova çıxışında qeyd edib ki, parlamentlər etimad, təhlükəsizlik və sülh şəraitində dinc birgəyaşayış məsələlərinin həllinə mühüm töhfələr verə bilərlər.

Hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına sədrlik edən  Azərbaycan Milli Məclisinin sədri  həmin təşkilatların iclasında  ölkəmizin adı çəkilən qurumların beynəlxalq aləmdə daha  aktiv  rol oynayaraq ciddi  beynəlxalq təşkilat çevrilməsi istiqamətindəki rolundan danışıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransında isə  “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusunda müzakirələr aparılıb. yekunda isə  Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu da imzalanıb. Spiker Qafarova hər üç toplantıda bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29 konfransına hazırlıq işlərindən danışdım. Bildirdim ki, ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunduğunu bildirib. Spiker bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur. İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini bildirib. Ümumiyyətlə istər hər üç  təşkilatın  toplantıda iştirak, istərsə də ikitərəfli formatda keçirilən görüşləri biz Azərbaycanın parlament  diplomasiyasının növbəti uğuru hesab edə bilərik. 

Uğurlardan biri kimi də Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə  sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanmasını qeyd edə bilərik. Sənədi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi adından Azərbaycan Respublikası Milli Məclisinin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq imzalayıb.
İmzalanma mərasimindən sonra bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının genişlənməsində, həmçinin Qoşulmama Hərəkatına üzv olan ölkələrin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq isə bu istiqamətdə fəaliyyətin şaxələndirilməsinə xidmət edəcəkdir. Görüşdə həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Son olaraq onu qeyd edə bilərəm ki,  Cenevrə səfəri, orada keçirilən  toplantılar, görüşlər Azərbaycanın xarici diplomatiyasına və beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminəm".

 

Avropa.info


Oxunma sayı: 12574

Oxşar yazılar