İran İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, ABŞ-ın “regional dəniz nəqliyyatına təhdidləri və müdaxilələri davam etdiyi müddətdə” Hörmüz boğazı açılmayacaq.
Avropa.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İnqilab Keşikçiləri Ordusu Hörmüz boğazı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Hörmüz boğazının İranın nəzarətində olduğu, ABŞ-ın “regional dəniz nəqliyyatına təhdidləri və müdaxilələri” davam etdiyi müddətcə boğazın açılmayacağı, mövcud vəziyyətin daha da çətinləşə biləcəyi bildirilib.
Bəyanatda həmçinin ABŞ-ı dəstəkləyən ölkələr mövqelərini dəyişməsələr, “sərt cavab alacaqları” ilə hədələnib.






























