Ankarada 3 yaşlı uşağını döydüyü görüntüləri yayılan ana həbs edilib.
Avropa.info xəbər verir ki, Gölbaşı məhəlləsində qadının küçədə kiçik uşağını döydüyü anlar mobil telefon kamerası ilə bir şəxs tərəfindən lentə alınıb.
Görüntü sosial mediada paylaşıldıqdan sonra Gölbaşı İlçe Təhlükəsizlik Müdirliyi qrupları iş başlatdı.
Müayinə zamanı qadının avtomobillə görüntünün çəkildiyi əraziyə gəldiyi müəyyən edilib. Şəkildə əks olunan avtomobilin nömrə və qeydiyyat məlumatlarından müəyyən edilən şübhəlinin döydüyü uşağın anası olduğu müəyyən edilib.
Şübhəli yaşadığı ünvanda tutularaq, nəzarətə götürülüb və məhkəmə tərəfindən həbs edilib. Uşaq mühafizəyə götürülüb


























