ABŞ-ın Florida ştatından Baham adalarına getmək üçün havaya qalxan Learjet 60 tipli şəxsi təyyarənin yaşayış məntəqəsinə çırpılması və alov alması nəticəsində göyərtəsində olan 9 nəfər ölüb.
Məlum olub ki, pilot qəzadan saniyələr əvvəl buzlanma və turbulentlik barədə məlumat verib, daha sonra təyyarə nəzarətsiz şəkildə hündürlüyünü itirdikdən sonra təcili yardım çağırıb.
Avropa.info xəbər verir ki, Texasın Austin-Bergstrom Beynəlxalq Hava Limanından Baham adalarının Şimali Eleuthera hava limanına qalxan Learjet 60 tipli şəxsi təyyarə yerli vaxtla saat 12.50 radələrində Florida ştatının Palm Beach dairəsi yaxınlığındakı Kresthaven yaşayış massivində qəzaya uğrayıb.
Təyyarə yerə çırpıldıqdan sonra güclü partlayış baş verib və təyyarənin qalıqları alova təslim olub. ABŞ-ın nəqliyyat naziri Şon Daffi təyyarədə olan 9 nəfərin hamısının öldüyünü təsdiqləyib. Qəzadan sonra bölgədə yüzlərlə insan təxliyə edilərkən, aviasiya səlahiyyətliləri hadisənin səbəbini müəyyən etmək üçün geniş miqyaslı araşdırma başlatdı.
Pilotun son sözləri üzə çıxdı:
Yerə çırpılacağıq Qəzadan sonra açıqlanan hava trafik nəzarəti qeydləri təyyarənin qəzaya uğramazdan əvvəl son dəqiqələrində baş verənləri ortaya qoyub.Mayami Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayan pilot təyyarədə yüngül və idarə oluna bilən şəffaf buzlanma olduğunu və orta dərəcədə turbulentlik olduğunu bildirdi.
Bölgəyə yağış yağmağa başlayandan sonra daha yüksəkliyə qalxmaq üçün icazə istəyən pilot, təyyarənin sürətlə hündürlüyünü itirdiyi üçün qısa müddət sonra fövqəladə vəziyyət elan edib.
Pilotun radio danışığında “Biz dəqiqədə 8 min fut aşağı düşürük. Kömək edin, kömək edin! Dəqiqədə 10 min fut enirik” dediyi eşidilib. İdarəetmənin itirildiyi son anlarda pilotun “Həddindən artıq sürət vəziyyətindəyik, dəqiqədə 20 min fut aşağı düşürük. Yerə çırpılacağıq” sözləri qeydə alınıb.
Florida qubernatoru DeSantis: Bu, sanki raket düşürdü
Florida qubernatoru Ron DeSantis, qəza yerində verdiyi açıqlamada, hadisənin son dərəcə dağıdıcı olduğunu ifadə edərək, “Bu, fəlakətli bir təyyarə qəzası idi. Sanki bir raket düşürdü. Yol kənarında böyük bir krater buraxdı” dedi.Təyyarənin yaşayış massivinin düz yanında yerləşən Hərbi cığır yolunun yaxınlığında qəzaya uğraması nəticəsində yerdə dərin çuxur əmələ gəlib. Partlayış nəticəsində təyyarə hissələri geniş əraziyə səpələnib, ətrafda yanğınlar başlayıb, elektrik xətləri zədələnib.Hadisə yerindən paylaşılan görüntülərdə yolun bir hissəsinin çökdüyü, dağıntıların evlərin yanına səpələndiyi görünür.
DeSantis, ilkin tapıntılara görə, yerdəki insanlar arasında ölən və ya yaralananlar barədə məlumat olmadığını açıqladı.Təxminən 600 nəfər təxliyə edilibQəzadan sonra təyyarə qalıqlarının düşdüyü ərazidə evlərə və infrastruktura ziyan dəydiyi üçün geniş miqyaslı təxliyəyə başlanılıb.Palm Beach qraflığının 3-cü komissarı Coel Flores hadisə yerinə gələn ilk yerli məmurlardan biri olub və təxminən 600 nəfərin gecələmək üçün təhlükəsiz sığınacağa ehtiyacı olduğunu izah edib.Flores, bölgə sakinlərinin müvəqqəti sığınacaq mərkəzlərinə yönəldildiyini və Amerika Qırmızı Xaç Cəmiyyətinin ehtiyacı olanlara dəstək verməyə hazır olduğunu bildirdi.
Təxliyə edilən insanların təhlükəsiz ərazilərə yerləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.Bölgədə güclü tufan və buz xəbərdarlığı edilibQəza zamanı Floridanın cənubunda tufan və güclü fırtına hüceyrələrinin təsirli olduğu müəyyən edilib. Qeyd edilib ki, təyyarə qəfil hündürlük itkisindən bir neçə dəqiqə əvvəl daha güclü tufan kamerasından keçib. Uçuşun baş verdiyi bölgədə, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən aviasiya fəaliyyətləri üçün verilən, şiddətli tufan kimi təhlükəli meteoroloji şərtləri göstərən konvektiv SIGMET xəbərdarlığı var idi. SIGMET (Əhəmiyyətli Meteoroloji Məlumat) uçuş təhlükəsizliyini təhdid edə biləcək mühüm hava hadisələri ilə bağlı meteoroloji xəbərdarlıqlara istinad edir. Pilot buzlanma, yağış və turbulentlik barədə məlumat versə də, pis hava şəraitinin qəzaya birbaşa səbəb olub-olmadığı hələ aydın deyil. Səlahiyyətlilərin araşdırma çərçivəsində təyyarənin texniki vəziyyətini və hava şəraitinin uçuşa təsirini qiymətləndirəcəyi gözlənilir.Tramp qəzadan təxminən bir saat əvvəl ərazini tərk edibQəzanın baş verdiyi yerin West Palm Beach hava limanından təxminən 6,4 kilometr cənubda olduğu bildirilib. ABŞ prezidenti Donald Trampın da bazar günü səhər tezdən West Palm Beachdə olduğu, lakin qəzadan təxminən bir saat əvvəl prezident təyyarəsi olan Air Force One ilə bölgəni tərk etdiyi öyrənilib.
Trampın uçuşu ilə qəza arasında hər hansı əlaqənin olması ilə bağlı rəsmi məlumat paylaşılmayıb.Qəza ilə bağlı federal araşdırma başlayıbABŞ Nəqliyyat Naziri Sean Duffy X sosial media platformasında verdiyi açıqlamada 9 nəfərin həyatını itirdiyi qəzanı “dəhşətli bir faciə” olaraq xarakterizə etdi. Duffy FAA-nın araşdırma səylərinə dəstək vermək üçün bölgəyə bir qrup göndərdiyini açıqladı. Qəzanın səbəblərini müəyyən etmək üçün ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəhbərliyi altında araşdırma başladılıb. NTSB müstəntiqlərinin bazar və bazar ertəsi hadisə yerinə baxış keçirmələri planlaşdırılıb və bazar ertəsi istintaqın ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçiriləcək. Səlahiyyətlilər hələlik təyyarədə ölən 9 nəfərin kimliyini, neçə nəfərin ekipaj, neçə nəfərin sərnişin olduğunu açıqlamayıb. Texniki araşdırmalar nəticəsində qəzanın dəqiq səbəbinin müəyyən ediləcəyi gözlənilir.


























