Cənubi Koreyada isti dalğası təsirli olduğu halda, son 122 ilin ən yüksək temperaturu ölkənin cənub-şərqindəki Busan şəhərində qeydə alınıb.
Avropa.info bildirir ki, Yonhap-ın məlumatına görə, Koreya Meteorologiya İdarəsi (KMA) Pusan şəhərində 38,8 dərəcənin müşahidə edildiyini bildirib.
Bununla da şəhərdə 2016-cı ildə “ən isti gün” olaraq qeydə alınan temperatur 37,7 dərəcəni keçib və 1904-cü ildə qeydlər aparılmağa başlayandan bəri ən yüksək temperatur ölçüldü.
Digər tərəfdən, KMA paytaxt Seulun şərqi və cənub-qərbi üçün isti xəbərdarlığı etdi.






























