Təcili orqan transplantasiyası gözləyən vətəndaş üçün Quru Qoşunlarına məxsus təyyarə ilə İstanbuldan Orduya ürək transplantasiyası aparılıb.
Avropa.info xəbər verir ki, Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:
“Quru Qoşunlarımıza məxsus təyyarə ilə təcili orqan transplantasiyası gözləyən vətəndaşa ürək transplantasiyası uğurla İstanbuldan Orduya çatdırıldı. Bu həyat xilasetmə missiyasında əməyi olan bütün şəxsi heyətimizə təşəkkür edir, vətəndaşımızın tezliklə sağalmasını arzu edirik”.






























