07 - 11 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

İyun 15, 2026
Cəmiyyət, Manşet
A A

Azərbaycanın ictimai və mədəni inkişafına diqqət yetirdikdə müxtəlif etnik və dini qrupların birgəyaşayış təcrübəsi önəmli yer tutur. Azərbaycan ərazisində tarix boyu müxtəlif mədəniyyətlərin təması yalnız qarşıdurma deyil, həm də qarşılıqlı təsir və uyğunlaşma mühiti yaradıb. Nəticədə formalaşan sosial davranış modeli bu gün ölkənin mühüm xüsusiyyətlərindən biri kimi dəyərləndirilir.

Tarixi mənbələr və müxtəlif araşdırmalar sübut edir ki, Azərbaycan ərazisi qədim dövrlərdən başlayaraq miqrasiya və sığınacaq məkanı kimi çıxış edib. Müxtəlif səbəblərlə öz yurdlarını tərk edən icmaların ölkəmizin ərazisində məskunlaşması bölgənin mədəni mozaikasını daha da zənginləşdirib.

Miladdan öncəki yüzillərə məsxus hadisələrdə də bu ərazilərin sığınacaq funksiyası daşıdığı barədə fikirlər mövcuddur. Savaşlar və imperiya dəyişiklikləri nəticəsində köç edən qrupların müəyyən hissəsinin bu coğrafiyada məskunlaşması yerli əhali ilə yeni sosial münasibətlər formalaşdırıb.

Zaman dəyişdikcə bu münasibətlər daha stabil xarakter alıb və müxtəlif dini baxışlara malik icmaların yanaşı yaşaması normal sosial reallığa çevrilib. Beləliklə, fərqliliklərin qəbul edilməsi tədricən mədəni davranış normasına çevrilib.

Azərbaycan cəmiyyətində müxtəlif etnik və dini qrupların uzun müddət birgə yaşaması sosial sabitliyin formalaşmasında mühüm rol oynayıb. Bu model yalnız passiv dözümlülük deyil, həm də qarşılıqlı təsir və əməkdaşlıq mühitini əhatə edir.

Burada yaşayan xalqların mədəni elementləri zamanla bir-birinə inteqrasiya olunaraq ümumi ictimai dəyərlər sisteminə təsir göstərib. Nəticədə fərqli identikliklər qorunmaqla yanaşı, ümumi vətəndaş kimliyi də güclənib.

Müasir dövrdə Azərbaycanda multikultural mühitin qorunması yalnız sosial ənənələrə deyil, həm də dövlət siyasətinə əsaslanır. Dövlət idarəçiliyində dini və etnik müxtəlifliyin qorunması və inkişaf etdirilməsi strateji istiqamət kimi çıxış edir.

Rəsmi yanaşmalarda qeyd olunur ki, müxtəlif icmaların hüquq bərabərliyi və sərbəst dini fəaliyyət imkanları sosial harmoniyanın əsas şərtlərindən biridir. Bu çərçivədə dövlət institutları mədəni müxtəlifliyin qorunmasına yönəlmiş bir sıra mexanizmlər tətbiq edir.

Ölkənin ictimai-siyasi mühitində də bu mövzu tez-tez müzakirə olunur. Bir sıra millət vəkilləri və ictimai xadimlər Azərbaycanda mövcud olan multikultural mühiti region üçün nümunəvi model kimi qiymətləndirirlər. Onların fikrincə, bu modelin əsas gücü fərqliliklərin qarşıdurma deyil, harmoniya mənbəyinə çevrilməsidir.

Eyni zamanda vurğulanır ki, dini müxtəlifliyin idarə olunması təkcə hüquqi çərçivə ilə deyil, həm də ictimai mədəniyyət səviyyəsi ilə bağlıdır.

Azərbaycanın multikultural təcrübəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində müxtəlif humanitar layihələr həyata keçirilir. Bu təşəbbüslər vasitəsilə ölkənin mədəni müxtəliflik modeli xarici auditoriyaya təqdim olunur.

Xüsusilə sosial-humanitar fondlar və ictimai təşkilatlar tərəfindən həyata keçirilən proqramlar müxtəlif ölkələr arasında dialoqun genişlənməsinə xidmət edir. Bu fəaliyyətlər həm də mədəni diplomatiyanın tərkib hissəsi kimi çıxış edir.

Son illərdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanda tolerantlıq mühitinin mövcudluğu tez-tez müzakirə mövzusuna çevrilib. Müxtəlif forumlarda dövlət nümayəndələri, dini liderlər və ekspertlər bir araya gələrək dini dözümlülük və mədəni dialoq məsələlərini müzakirə ediblər.

Bu cür platformalar nəticəsində əməkdaşlıq şəbəkələrinin formalaşdırılması və ekstremizmin qarşısının alınması ilə bağlı ümumi yanaşmalar irəli sürülüb. Bu isə qlobal miqyasda dialoq mədəniyyətinin güclənməsinə töhfə verir.

Ümumilikdə Azərbaycanda formalaşmış multikultural mühit uzunmüddətli tarixi proseslərin və müasir idarəçilik yanaşmalarının nəticəsidir. Fərqli mədəniyyətlərin bir arada yaşaması yalnız keçmişin mirası deyil, həm də gələcəyə yönəlmiş sosial model kimi çıxış edir.

Bu modelin davamlılığı isə cəmiyyət daxilində qarşılıqlı hörmətin, hüquq bərabərliyinin və mədəni dialoqun qorunmasından asılıdır.

Mürtəza Bünyadlı

Məqalə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Sabitlik adası: tolerant və mulltikultural Azərbaycan” layihəsi çərçivəsində hazırlanmışdır.

Əvvəlki Yazı

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

Növbəti Yazı

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

XƏBƏR LENTİ

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

04 Noyabr 2026 / 11:21
47
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Bu qərarın ABŞ-nin artan hərbi təzyiqləri fonunda verilməsi xüsusilə diqqət çəkir”

03 Noyabr 2026 / 11:08
29
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Bu tarixdə Əbu-Dabidə Ukrayna – Rusiya danışıqları keçiriləcək

03 Noyabr 2026 / 8:08
13
3 yaşlı uşağını döyən ana həbs edilib

3 yaşlı uşağını döyən ana həbs edilib

02 Noyabr 2026 / 15:27
14
Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

02 Noyabr 2026 / 15:19
15
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”

02 Noyabr 2026 / 14:41
106
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

02 Noyabr 2026 / 14:37
22
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”TDT üzv ölkələri ortaq maraqlar, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri birləşdirir”

02 Noyabr 2026 / 11:56
87
Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

02 Noyabr 2026 / 9:08
23
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Mentalitetimizə və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır”

02 Noyabr 2026 / 8:52
84
Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

02 Noyabr 2026 / 8:35
19
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

Ehtiram Mehtiyev:“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır”

29 Oktyabr 2026 / 19:04
78
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

29 Oktyabr 2026 / 9:51
1
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur”

28 Oktyabr 2026 / 16:51
17
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

28 Oktyabr 2026 / 11:54
1
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr 2026 / 11:49
7
Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

28 Oktyabr 2026 / 11:41
25
Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

28 Oktyabr 2026 / 11:34
11
Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

28 Oktyabr 2026 / 11:21
21
Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

28 Oktyabr 2026 / 11:00
14
İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

28 Oktyabr 2026 / 10:44
18
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

28 Oktyabr 2026 / 10:40
78
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

28 Oktyabr 2026 / 10:23
30
İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

28 Oktyabr 2026 / 10:14
22
 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

27 Oktyabr 2026 / 20:37
1
Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

27 Oktyabr 2026 / 20:27
8
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Stubb və Stere Putinlə söhbətində Rusiyanın Ukraynanın enerji və infrastrukturuna zərbələrini azaltmaqda israr ediblər – Zelenski

27 Oktyabr 2026 / 16:40
7
Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

27 Oktyabr 2026 / 16:34
48
Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

27 Oktyabr 2026 / 16:28
18
BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

27 Oktyabr 2026 / 16:24
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.