07 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

İyun 15, 2026
Cəmiyyət
A A

İyunun 10-da Şəki Dövlət Regional Kollecində Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub.

Avropa.info xəbər verir ki, tədbiri açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri haqqında obyektiv məlumatların ictimaiyyət arasında geniş təbliği, bu istiqamətdə sağlam ictimai rəyin formalaşmasına töhfə verməkdir.

X. Əhmədov qeyd edib ki, Şəki, Oğuz və İsmayıllı rayonlarında həyata keçirilən layihə regionlarda tolerantlıq və multikulturalizm dəyərlərinin daha geniş təşviqinə xidmət edir. Onun sözlərinə görə, belə təşəbbüslər cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və birgəyaşayış ənənələrinin möhkəmlənməsinə, müxtəlif sosial qruplar arasında dialoqun inkişafına mühüm töhfə verir.

Tədbirdə ilahiyyatçı, jurnalist-publisist Rəsul Mirhəşimli mövzu ilə bağlı məruzə ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı məkan kimi tanınıb. O qeyd edib ki, ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm ənənələri əsrlər boyu inkişaf edərək milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsinə çevrilib.

R.Mirhəşimli çıxışında Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda mövqeyinin daha da gücləndiyini, 44 günlük Vətən müharibəsi dövründə ölkədə yaşayan bütün xalqların və dini icmaların nümayəndələrinin vahid məqsəd ətrafında birləşərək yüksək milli həmrəylik nümayiş etdirdiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində hökm sürən qarşılıqlı hörmət, birlik və etimad mühiti ölkənin uğurlarının əsas amillərindən biridir.

Məruzəçi həmçinin dövlət tərəfindən həyata keçirilən multikulturalizm siyasətinin bu ənənələrin qorunub saxlanılmasına və daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bildirilib ki, müxtəlif dini ibadət ocaqlarının qorunması, mədəniyyətlərarası dialoqun təşviqi və beynəlxalq tədbirlərin təşkili Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanınmasına mühüm töhfə verir.

Tədbirdə çıxış edən Şəki rayon Mərkəzi Məscidinin imam müavini, Qurani-Kərim hafizi Elşad Şahmurov, Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, Turan qəsəbə məscidinin imamı və dini icmanın sədri Mikayıl Məmmədov, həmçinin Şəki Mərkəzi Məscidinin imamı Əlyəsə Əslanov Azərbaycanda tolerantlıq və multikulturalizm dəyərlərinin qorunmasının vacibliyindən danışıblar.

Çıxış edənlər ölkədə dini və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək bu mövzuda təşkil olunan ictimai müzakirələrin böyük əhəmiyyət daşıdığını bildiriblər. Onlar belə layihələrin regionlarda mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb, gənclər arasında tolerantlıq və multikulturalizm dəyərlərinin daha geniş təbliği ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları layihənin cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinin təşviqinə mühüm töhfə verdiyini qeyd ediblər.





Əvvəlki Yazı

Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

Növbəti Yazı

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

XƏBƏR LENTİ

Yaltada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater sahilə çıxıb

Yaltada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater sahilə çıxıb

07 Avqust 2026 / 16:52
9
Çin süni intellekt modeli Böyük Britaniya hökumətinin sınaq mühitindən qurtula bildi

Çin süni intellekt modeli Böyük Britaniya hökumətinin sınaq mühitindən qurtula bildi

07 Avqust 2026 / 16:41
1
Yeni bir dövr başlayır: Məkkə müqaviləsi niyə vacibdir?

Yeni bir dövr başlayır: Məkkə müqaviləsi niyə vacibdir?

07 Avqust 2026 / 16:36
5
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

07 Avqust 2026 / 16:20
18
Rusiyada Azərbaycan əsilli idmançıya hökm oxundu

Rusiyada Azərbaycan əsilli idmançıya hökm oxundu

07 Avqust 2026 / 15:28
16
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq

07 Avqust 2026 / 11:06
3
Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub-Həbs olunan var

Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub-Həbs olunan var

07 Avqust 2026 / 10:18
8
Beyləqanda 18 yaşlı gənc kanalda bataraq ölüb

Beyləqanda 18 yaşlı gənc kanalda bataraq ölüb

07 Avqust 2026 / 10:04
14
Rusiya səmasında gecə ərzində 203 pilotsuz təyyarə vurulub

Rusiya səmasında gecə ərzində 203 pilotsuz təyyarə vurulub

07 Avqust 2026 / 9:54
21
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:“Azərbaycan-Ermənistan Mövzusu ATƏT Üçün Artıq Qapalı Səhifədir”

07 Avqust 2026 / 9:26
53
Yekaterinburqdakı Wildberries obyekti PUA hücumundan sonra yanıb, yanğın söndürülür

Yekaterinburqdakı Wildberries obyekti PUA hücumundan sonra yanıb, yanğın söndürülür

07 Avqust 2026 / 9:21
6
İsrailin diaspor naziri Çikli: Makron bizi kürəyimizdən bıçaqladı

İsrailin diaspor naziri Çikli: Makron bizi kürəyimizdən bıçaqladı

07 Avqust 2026 / 9:07
3
Prezident Ərdoğan Səudiyyə Ərəbistanına gedib

Prezident Ərdoğan Səudiyyə Ərəbistanına gedib

07 Avqust 2026 / 9:03
4
Yəməndə husilərin mediası: Səudiyyə Ərəbistanı Kamaran adasına hücum edib

Husilər Səudiyyə Ərəbistanını raket atəşinə tutub- Yaralılar var

07 Avqust 2026 / 8:55
9
Pentaqon dekabr ayında 100-dən çox uzaqmənzilli PrSM raketlərinin tədarük edildiyini açıqlamışdı

Pentaqon dekabr ayında 100-dən çox uzaqmənzilli PrSM raketlərinin tədarük edildiyini açıqlamışdı

07 Avqust 2026 / 8:17
1
FAA yüzlərlə Boeing 737 Max təyyarəsində çatların yoxlanılmasını əmr edir

FAA yüzlərlə Boeing 737 Max təyyarəsində çatların yoxlanılmasını əmr edir

07 Avqust 2026 / 8:07
12
Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 20-yə çatıb

Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 20-yə çatıb

07 Avqust 2026 / 8:02
12
ABŞ prezidenti Tramp doğum hüququ ilə vətəndaşlığa qoyulan məhdudiyyətləri genişləndirən sərəncamlar imzalayıb

ABŞ prezidenti Tramp doğum hüququ ilə vətəndaşlığa qoyulan məhdudiyyətləri genişləndirən sərəncamlar imzalayıb

07 Avqust 2026 / 7:57
9
Süni intellektin aldatma imkanları təhlükəsizlik testində yeni səviyyəyə çatır

Təhsil naziri:Danimarkada məktəblərdə süni intellektlə saxtakarlığa qarşı şifahi müdafiə tələb olunurdu

07 Avqust 2026 / 7:51
14
Konqoda Ebola epidemiyası böyüyür, Virus mutasiyaya uğramış ola bilər

Konqoda Ebola epidemiyası böyüyür, Virus mutasiyaya uğramış ola bilər

07 Avqust 2026 / 7:44
11
Tramp administrasiyası ləğv edilən tariflərə görə şirkətlərə 100 milyard dollar qaytarıb

Tramp: “İranla razılaşma tezliklə əldə oluna bilər

07 Avqust 2026 / 7:32
12
UEFA FİFA təşkilatlarını boykot qərarından geri çəkilməyib

UEFA FİFA təşkilatlarını boykot qərarından geri çəkilməyib

06 Avqust 2026 / 23:15
9
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış: Ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış: Ölən və yaralananlar var

06 Avqust 2026 / 23:09
19
Zelenski Ceyhun Bayramovla görüşüb -Video

Zelenski Ceyhun Bayramovla görüşüb -Video

06 Avqust 2026 / 22:46
10
Romada İsrail və Livan arasında danışıqların 7-ci raundu davam edir

Romada İsrail və Livan arasında danışıqların 7-ci raundu davam edir

06 Avqust 2026 / 20:23
12
Rusiydan Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı

Rusiydan Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı

06 Avqust 2026 / 20:09
9
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:”Şimal-Cənub» beynəlxalq dəhlizi tam gücü ilə işləməyə başlayacaq”

06 Avqust 2026 / 17:18
72
İsrailin Qəzzaya hücumlarına Türkiyə və 7 ölkədən birgə reaksiya

İsrailin Qəzzaya hücumlarına Türkiyə və 7 ölkədən birgə reaksiya

06 Avqust 2026 / 17:01
5
Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib -Yaralilar var -Video

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib -Yaralilar var -Video

06 Avqust 2026 / 16:44
17
18 yaşlı İbrahim Əbilov Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı – Video

18 yaşlı İbrahim Əbilov Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı – Video

06 Avqust 2026 / 16:39
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.