ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın əsas xətləri üzrə razılığın əldə olunduğunu və buna görə də İrana qarşı planlaşdırılan hücumları dayandırdığını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında bu həftə sonu İrana qarşı mümkün hücumları dayandırdığını açıqlayıb.
Tramp İran və bu ölkə ilə görüşən digər Yaxın Şərq ölkələrinin “anlaşmanın əsas xətləri”ndə razılaşdıqlarını və ABŞ-dan hər hansı yeni hücuma keçməməyi tələb etdiyini bildirib.
Sözügedən razılaşmanın “Hörmüz boğazının tam açılması” və “İranın nüvə təhdidinə tamamilə son qoyulması”nı ehtiva etdiyini vurğulayan Tramp sözlərini belə davam etdirib:
Bu tələbə əsaslanaraq, tezliklə razılığa gəlmək şərti ilə dünyanın xeyrinə və İranın sağ qalması üçün hücumları dayandırmağa razılaşdım”.
Tramp qeyd edib ki, bu məsələdə İsrail onunla eyni sıradadır.





























