07 - 11 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Torpaq, çıxarış, tikinti icazələri illərlə uzanır… – Deputat

İyul 1, 2026
Gündəm
A A

“Sahibkar cinayətkar kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir; Valyutanın qaytarılmamasına görə cinayət məsuliyyətinin ləğvi sahibkarlıq azadlığını genişləndirsə də, bank kreditlərinə çıxış, ağır girov tələbləri və sənədləşmədəki formal “bir pəncərə” sistemi hələ də ciddi maneə olaraq qalır”.

Avropa.info xəbər verir ki, bu barədə ölkədə biznes mühitinin liberallaşdırılması, Cinayət Məcəlləsində edilən son mühüm dəyişikliklər, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilən 6 milyardlıq proqram və sahibkarların qarşılaşdığı bürokratik əngəlləri Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyanın (MCP) sədri, deputat Razi Nurullayev bəyan edib.

“Müasir Biznes Bir Ölkə Daxilində Aparılmır, Hər Maliyyə Hərəkətini Cinayət Müstəvisinə Çəkmək Sahibkarın Riskini Artırırdı”

Millət vəkilli Cinayət Məcəlləsinin 208-ci maddəsinin ləğvinin sahibkarlığın inkişafı baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb:

“Müasir biznes artıq yalnız bir ölkə daxilində aparılmır. Sahibkar mal ixrac edir, xaricdə tərəfdaşla işləyir, logistika xərci ödəyir, yeni bazara daxil olur və bəzən vəsaiti xaricdə saxlamaq məcburiyyətində qalır ki, növbəti müqaviləni yerinə yetirə bilsin. Belə vəziyyətdə hər gecikməni və ya hər maliyyə hərəkətini dərhal cinayət müstəvisinə çəkmək sahibkarın riskini artırır, onun qərarvermə azadlığını məhdudlaşdırırdı. Bu baxımdan 208-ci maddənin ləğvi sahibkarlığın və sahibkarın inkişafı baxımından mühüm hadisədir. Bu dəyişiklik yalnız bir maddənin ləğvi kimi yox, sahibkara münasibətin yumşalması kimi qəbul edilməlidir. Əgər pozuntu varsa, ilk növbədə maliyyə nəzarəti, vergi mexanizmləri və inzibati tədbirlər işləməlidir. Cinayət məsuliyyəti isə ən son vasitə olmalıdır”.

“Dövlət Ciddi Addımlar Atır, Lakin Bank Kreditləri, Yüksək Faizlər və Ağır Girov Tələbləri Qalmaqdadır”

MCP lideri dövlətin son illərdə həyata keçirdiyi müsbət islahatları sadalamaqla yanaşı, real sektorda hələ də həllini tapmayan fundamental sosial-iqtisadi problemləri vurğulayıb:

“Dövlət son illərdə sahibkarlığın inkişafı üçün ciddi addımlar atıb. Vergi inzibatçılığının sadələşdirilməsini, biznesə münasibətdə elektron xidmətlərin genişləndirilməsini, qeyri-neft ixracının təşviqini, KOB-lara dəstək mexanizmlərini və kənd təsərrüfatının inkişafı ilə bağlı 6 milyardlıq proqramın qəbul edilməsini müsbət qiymətləndirirəm. Bununla belə, sahibkar hələ də xeyli problemlə üz-üzədir: bank kreditlərinə çıxış çətindir, faizlər yüksəkdir, girov tələbləri ağırdır. Bəzi yoxlamalar və icazə prosedurları biznes üçün əlavə yük yaradır, məhkəmə müdafiəsinə inam hər zaman yetərli deyil, region sahibkarı ilə paytaxt sahibkarının imkanları eyni səviyyədə deyil”.

“Bir Pəncərə’ Sistemi Formal Xarakter Daşıyır, Sənədləşmə Tam Rəqəmsallaşmalıdır”

Deputat biznes obyektlərinin yaradılması zamanı yerli qurumların yaratdığı bürokratik əngəlləri tənqid edərək beynəlxalq təcrübəyə əsaslanan çıxış yollarını təklif edib:

“Təcrübədən görürük ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərini yumşaltmaq kifayət deyil. Biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi hələ də şəffaf və sürətli deyil. ‘Bir pəncərə’ sistemi formal olaraq mövcuddur, amma sahibkar yenə də müxtəlif qurumların qapısını döyməli olur. Torpaq, çıxarış, təyinat, tikinti icazəsi, kommunikasiya, yanğın və sanitariya rəyləri bəzən aylarla, hətta illərlə uzanır. Sahibkar investisiya qoymaq, iş yeri yaratmaq istəyir, amma sənəd yükü onun qarşısında maneəyə çevrilir. Ona görə də sənədləşmə prosesi tam rəqəmsallaşmalı, müddətlər qanunla məhdudlaşdırılmalı və hər qurumun məsuliyyəti aydın müəyyən edilməlidir. Avropa ölkələrində, Gürcüstan və Qazaxıstanda sahibkarın valyutanı harada saxlamasından çox, əməliyyatın şəffaflığına və riskəsaslı nəzarət modelinə üstünlük verilir. 208-ci maddənin ləğvi müsbət addımdır, lakin real effekt o zaman olacaq ki, dövlət qurumları biznesə tərəfdaş kimi yanaşsın. Sahibkar nə qədər rahat nəfəs alarsa, ölkə iqtisadiyyatı da bir o qədər güclü olar”

Əvvəlki Yazı

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi

Növbəti Yazı

Qanunun keşiyində: 2 İyul – Azərbaycan Polisi Günüdür

XƏBƏR LENTİ

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

04 Noyabr 2026 / 11:21
47
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Bu qərarın ABŞ-nin artan hərbi təzyiqləri fonunda verilməsi xüsusilə diqqət çəkir”

03 Noyabr 2026 / 11:08
29
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Bu tarixdə Əbu-Dabidə Ukrayna – Rusiya danışıqları keçiriləcək

03 Noyabr 2026 / 8:08
13
3 yaşlı uşağını döyən ana həbs edilib

3 yaşlı uşağını döyən ana həbs edilib

02 Noyabr 2026 / 15:27
14
Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

02 Noyabr 2026 / 15:19
15
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”

02 Noyabr 2026 / 14:41
106
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

02 Noyabr 2026 / 14:37
22
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”TDT üzv ölkələri ortaq maraqlar, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri birləşdirir”

02 Noyabr 2026 / 11:56
87
Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

02 Noyabr 2026 / 9:08
23
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Mentalitetimizə və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır”

02 Noyabr 2026 / 8:52
84
Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

02 Noyabr 2026 / 8:35
19
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

Ehtiram Mehtiyev:“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır”

29 Oktyabr 2026 / 19:04
78
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

29 Oktyabr 2026 / 9:51
1
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur”

28 Oktyabr 2026 / 16:51
17
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

28 Oktyabr 2026 / 11:54
1
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr 2026 / 11:49
7
Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

28 Oktyabr 2026 / 11:41
25
Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

28 Oktyabr 2026 / 11:34
11
Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

28 Oktyabr 2026 / 11:21
21
Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

28 Oktyabr 2026 / 11:00
14
İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

28 Oktyabr 2026 / 10:44
18
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

28 Oktyabr 2026 / 10:40
78
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

28 Oktyabr 2026 / 10:23
30
İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

28 Oktyabr 2026 / 10:14
22
 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

27 Oktyabr 2026 / 20:37
1
Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

27 Oktyabr 2026 / 20:27
8
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Stubb və Stere Putinlə söhbətində Rusiyanın Ukraynanın enerji və infrastrukturuna zərbələrini azaltmaqda israr ediblər – Zelenski

27 Oktyabr 2026 / 16:40
7
Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

27 Oktyabr 2026 / 16:34
48
Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

27 Oktyabr 2026 / 16:28
18
BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

27 Oktyabr 2026 / 16:24
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.