20 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Qanunun keşiyində: 2 İyul – Azərbaycan Polisi Günüdür

İyul 1, 2026
Ölkə
A A

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Bu fəaliyyət 1918-1920-ci illəri əhatə edən dövrdə böyük vətənpərvərliklə həyata keçirilmişdir. Cümhuriyyətin süqutundan sonra isə Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində bu qurumlar inkişaf edərək ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanmışdır. Xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşmüşdür.

 

Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daim diqqət mərkəzində saxlanılmışdır. Dahi şəxsiyyət hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə bu orqanların təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalamışdır. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur. Bu qərar müstəqillik dövründə daxili işlər orqanlarının ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədəki rolunu da daha da möhkəmləndirmişdir.

Şəxsi heyətin milli ruhda formalaşması 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı ilk rəşadətli müqaviməti milis qüvvələrinin göstərməsi ilə özünü büruzə verdi; sonrakı dövrlərdə isə bu missiyanı Daxili Qoşun hissələri davam etdirdi. Birinci Qarabağ müharibəsində polis əməkdaşları və hərbi qulluqçular daim ön cəbhədə vuruşmuş, döyüşlərdə 1700-ə yaxın şəxsi heyət şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər isə yaralanmışdır. Göstərilən şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə orden və medallara layiq görülmüşdür.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurla davam etmişdir. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi kimi vacib vəzifələri yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olmuş, 2640 nəfər isə xəsarət almışdır. Bu rəqəmlər də orqanların qarşılaşdığı çətinlikləri və onların xalqın təhlükəsizliyi yolunda hansı fədakarlıqla çalışdığını açıq şəkildə göstərir.

Bu gün Azərbaycan polisi cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. İstər gecə, istər gündüz, istər böyük şəhərlərin səs-küylü küçələrində, istərsə də ucqar dağ kəndlərinin sakit yollarında polis əməkdaşları hər an vətəndaşların təhlükəsizliyini təmin etmək üçün növbətçidirlər. Onlar təkcə cinayətkarlıqla mübarizə aparmır, həm də insanların gündəlik həyatında qarşılaşdıqları min bir çətinliyə qarşı ilk yardım əlini uzadırlar. Baş verən güclü təbiət hadisələri – sel suları, zəlzələlər, güclü qar yağışları və ya qasırğalar zamanı polis əməkdaşları ilk saniyələrdən hadisə yerinə yetişərək insanların təhlükəsiz ərazilərə köçürülməsini təmin edir, itkin düşənlərin axtarışına başlayır, yolların açılması və zəruri yardımın çatdırılması üçün bütün güclərini səfərbər edirlər. Həmçinin, sadə vətəndaşların itkin düşən ailə üzvlərinin tapılmasından tutmuş, itən ev heyvanlarının sahiblərinə qaytarılmasına, avtomobil qəzalarında yaralananların xilas edilməsindən, yaşlı və tənha insanlara göstərilən gündəlik köməyə, hətta uşaqların evdən çıxıb yolunu azması hallarına qədər ən xırda görünən məsələlərdə belə polis əməkdaşları peşəkarlıqla, həssaslıqla və insanpərvərliklə müdaxilə edirlər. Onların xidməti sadəcə peşə borcu deyil, həm də ürəkdən gələn xalqa xidmət çağırışıdır. Çətin anlarda insanların ilk ağlına gələn “polis çağıraq” ifadəsi bu quruma olan etimadın ən parlaq sübutudur. Beləliklə, müasir polis həm fədakar qəhrəman, həm sadiq dost, həm də çətin günlərdə arxalanacaq ən etibarlı dayaq rolunu oynayır.

Bu əlamətdar gün – 2 İyul Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edirik! Onların xalqımıza göstərdikləri fədakar xidmət, nümayiş etdirdikləri peşəkarlıq və qəhrəmanlıq hər zaman yüksək qiymətləndirilir. Hər bir polis əməkdaşına cansağlığı, ailə səadəti, işlərində uğurlar və möhkəm səbr arzulayırıq. Allah Azərbaycan polisini qorusun və onları daima sağlam və vəzifələrinin icrasında güclü eləsin.
Azərbaycan Polisi hər zaman qüdrətli olsun!

Mahirə Əmirhüseynova,
“XXI Əsrin Qadınları” İctimai Birliyin sədri

Əvvəlki Yazı

Torpaq, çıxarış, tikinti icazələri illərlə uzanır… – Deputat

Növbəti Yazı

Bakıda yaşayış kompleksində yanğın – Maşınlara ziyan dəydi

XƏBƏR LENTİ

Kim Çen Inın bacısı Yaponiyanı genişlənəcəyi təqdirdə dağıdıcı zərbə ilə hədələyib

Kim Çen Inın bacısı Yaponiyanı genişlənəcəyi təqdirdə dağıdıcı zərbə ilə hədələyib

19 Avqust 2026 / 18:26
9
Bu kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirildi-Video

Bu kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirildi-Video

19 Avqust 2026 / 17:42
22
Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə nazir oldu

Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə nazir oldu

19 Avqust 2026 / 16:56
4
Rusiya Silahlı Qüvvələrinin əsgərləri Ukrayna əsirliyindən qayıtmalarını sevinc nidaları ilə qarşıladılar

Rusiya Silahlı Qüvvələrinin əsgərləri Ukrayna əsirliyindən qayıtmalarını sevinc nidaları ilə qarşıladılar

19 Avqust 2026 / 15:18
1
Ermənistan Azərbaycanla sərhəddə beton istehkamlarla möhkəmləşdirir

Ermənistan Azərbaycanla sərhəddə beton istehkamlarla möhkəmləşdirir

19 Avqust 2026 / 15:04
5
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

Prezident Tramp İranla danışıqları dayandırmağı əmr etdi

19 Avqust 2026 / 12:48
2
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Rusiya və İranın Azərbaycana qarşı son gedişi: Zəngəzur onları niyə narahat edir-Vüqar Dadaşov yazir

19 Avqust 2026 / 12:38
61
Bakıda qadın ərini qətlə yetirib

Bakıda qadın ərini qətlə yetirib

19 Avqust 2026 / 12:34
9
Səfir Kiyevdən İran gəmilərinə hücumların bir daha təkrarlanmayacağına dair təminat aldığını bildirdi

Səfir Kiyevdən İran gəmilərinə hücumların bir daha təkrarlanmayacağına dair təminat aldığını bildirdi

19 Avqust 2026 / 12:12
4
Təcili:Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb

Təcili:Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb

19 Avqust 2026 / 12:03
20
Daha 5 itkin-şəhidimiz dəfn olunacaq – Siyahı

Daha 5 itkin-şəhidimiz dəfn olunacaq – Siyahı

19 Avqust 2026 / 11:52
29
ABŞ və İran arasında Hörmüz boğazı gərginliyi: Trampdan müharibə təzminatı tələbi

İran ordusundan Körfəz ölkələrinə xəbərdarlıq: “İrana hücumlarda ABŞ-a dəstək verməyin”

19 Avqust 2026 / 11:38
15
ABŞ-ın investisiya şirkətinin vitse-prezidenti Yunanıstanda təyyarə qəzasında ölüb

ABŞ-ın investisiya şirkətinin vitse-prezidenti Yunanıstanda təyyarə qəzasında ölüb

19 Avqust 2026 / 11:03
7
Rusiyanın hava hücumundan müdafiəsi bir gecədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 453 pilotsuz təyyarəni məhv edib

Rusiyanın hava hücumundan müdafiəsi bir gecədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 453 pilotsuz təyyarəni məhv edib

19 Avqust 2026 / 10:30
10
Miroşnik: Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində üçü uşaq olmaqla 69 nəfər ölüb

Miroşnik: Ukrayna Silahlı Qüvvələrinin Enerqodara hücumu Kiyevin nüvə terrorizminə gedən yolunu göstərdi

19 Avqust 2026 / 10:22
6
Bakıdan Qusara qonaq gedən uşaq faciəvi şəkildə öldü

Bakıdan Qusara qonaq gedən uşaq faciəvi şəkildə öldü

19 Avqust 2026 / 9:43
15
Dmitri Kuleba:”Ukrayna Qərbin köməyi ilə bağlı acı həqiqəti dərk etdi”

Dmitri Kuleba:”Ukrayna Qərbin köməyi ilə bağlı acı həqiqəti dərk etdi”

19 Avqust 2026 / 8:52
2
Hər şey üçün – 12 saat: Xarkov vilayətindəki kəndlərin sakinləri niyə təcili olaraq evlərindən çıxarılır

Hər şey üçün – 12 saat: Xarkov vilayətindəki kəndlərin sakinləri niyə təcili olaraq evlərindən çıxarılır

19 Avqust 2026 / 8:42
9
İran Xəzər dənizində gəmiyə hücumu terror aktı adlandırıb: Ukraynadan təzminat tələb olunur

İran Xəzər dənizində gəmiyə hücumu terror aktı adlandırıb: Ukraynadan təzminat tələb olunur

19 Avqust 2026 / 8:31
11
BMT bildirir ki, Qəzza 2025-ci ildə ən çox humanitar yardım işçisinin öldürüləcəyi bölgə olacaq

BMT bildirir ki, Qəzza 2025-ci ildə ən çox humanitar yardım işçisinin öldürüləcəyi bölgə olacaq

19 Avqust 2026 / 8:21
6
Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

Lavrov:”Putin xəbərdarlıq edib ki,dünyanın istənilən regionunda fəaliyyət göstərmək hüququmuz var”

19 Avqust 2026 / 8:17
2
Trampdan Şimali Koreyaya İran müharibə jesti

Tramp Kim Çen Inla yenidən üz-üzə görüşmək istədiyi bildirilir

19 Avqust 2026 / 8:08
19
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən şəkil paylaşıb

Tramp Hörmüz boğazını ABŞ-ın yeni ərazisi elan edib

19 Avqust 2026 / 7:57
5
İrlandiyada 5 gəncin öldüyü qəzadan sonra TikTok sorğulanır

İrlandiyada 5 gəncin öldüyü qəzadan sonra TikTok sorğulanır

19 Avqust 2026 / 7:50
4
Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

İspaniyanın cənubunda üç yeni zəlzələ: mühüm turizm mərkəzi bağlanıb

19 Avqust 2026 / 7:44
6
ABŞ-da nəhəng Meta davası başladı: Uşaqları aludə etməkdə ittiham olunur

ABŞ-da nəhəng Meta davası başladı: Uşaqları aludə etməkdə ittiham olunur

19 Avqust 2026 / 7:39
7
Harvard bədən hissələrinin satışı davasında milyonlarla dollar ödəməyə razıdır

Harvard bədən hissələrinin satışı davasında milyonlarla dollar ödəməyə razıdır

19 Avqust 2026 / 7:34
6
ABS-da meşə yanğınları davam edir

ABS-da meşə yanğınları davam edir

19 Avqust 2026 / 7:29
3
İsrailin Suriyaya hücumlarına Türkiyədən sərt reaksiya

İsrailin Suriyaya hücumlarına Türkiyədən sərt reaksiya

18 Avqust 2026 / 19:50
7
Tramp: İranla davam edən və ya planlaşdırılan danışıqlar yoxdur

Tramp: İranla davam edən və ya planlaşdırılan danışıqlar yoxdur

18 Avqust 2026 / 18:26
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.