Suriyanın xarici işlər naziri Şeybani: İsrailin Suriya ərazisini pozması regionun təhlükəsizliyinə birbaşa təhdiddir.
Avropa.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş rəsmi səfəri çərçivəsində onu müşayiət edən nümayəndə heyəti ilə Suriyanın paytaxtı Dəməşqə gəlib. Səfər çərçivəsində BMT-nin baş katibi Quterreş Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb. İkili görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Suriyanın xarici işlər naziri Şeybani “İsrailin Suriya ərazisinə qarşı pozuntuları regionun təhlükəsizliyinə birbaşa təhdiddir” deyib.
BMT-nin baş katibi Quterreş “Colan təpələri Suriya ərazisidir, Suriya ərazisinin suverenliyinin pozulması qəbuledilməzdir və dayandırılmalıdır” deyib.






























