Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında formal çərçivələri aşan real strateji və iqtisadi tərəfdaşlığın göstəricisidir. Bu xətt bilavasitə xalqların rifahına və regional təhlükəsizliyə xidmət edən siyasətin təzahürüdür.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
“İqtisadi sıçrayış və birgə investisiyalar real nəticədir”
Millət vəkili Bakı və Daşkənd arasında rəsmiləşən bağların konkret iqtisadi platformalarda öz əksini tapdığını vurğulayıb:
“Ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi uzaq xəyal deyil, yaxın illərin real nəticəsidir. 500 milyonluq İnvestisiya Şirkəti, SOCAR və banklarımızın Özbəkistan bazarına daxil olması tərəfdaşlığın dərinliyini göstərir”.
“C6 formatı geosiyasi xəritəni yenidən çəkir”
MCP başqanı Azərbaycanın Mərkəzi Asiya regionu ilə dərinləşən inteqrasiyasına diqqət çəkib:
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə qoşulması ilə ‘C5’ formatının ‘C6’ya çevrilməsi, Orta Dəhliz və ‘Yaşıl Dəhliz Birliyi’ layihələri regionun geosiyasi çəkisini artırır”.
“Türk dünyasının güc mərkəzinə çevrilməsi sürətlənir”
Deputat humanitar bağların və TDT çərçivəsindəki birliyin əhəmiyyətini qiymətləndirib:
“Özbəkistanın Füzulidə məktəb tikintisi və Xankəndidəki sənaye investisiyaları sarsılmaz qardaşlığın rəmzidir. Bakı və Daşkəndin TDT-dəki vahid mövqeyi Türk dünyasını qlobal güc mərkəzinə çevirir”.






























