Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonunda seçiciləri ilə növbəti görüşlərini keçirib. Millət vəkili sakinlərlə yaxından həmsöhbət olaraq onların arzu, istək və problemlərini dinləyib, yas məclislərində iştirak edib.
Bu barədə Avropa.info-ya partiyanın Mətbuat Şöbəsindən məlumat verilib.
Millət vəklili yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğılarının operativ həlli baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb:
“Seçicilərimizlə daim canlı təmasda olmaq, onların gündəlik həyatda qarşılaşdıqları çətinlikləri, arzu və təkliflərini dinləmək bizim deputatlıq fəaliyyətimizin əsas prioritetidir. İmişlidə keçirdiyimiz son görüşlər və məclislərdəki iştirakımız zamanı sakinlərimiz tərəfindən çoxsaylı müraciətlər səsləndirildi. Vətəndaşlarımızın qaldırdığı hər bir məsələ ilə bağlı müvafiq qeydlər götürülüb. Bu müraciətlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında məsələ galdırılacaq və icrası diqqətdə saxlanılacaq”.



































