BMT Baş Assambleyasında səsvermə keçirilib.
Avropa.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2027-2029-cu illər üçün BMT İnsan Hüquqları Şurasına (UNHRC) 15 yeni üzv seçib.
Səsvermə nəticəsində Braziliya, Burundi, Dominikan Respublikası, Almaniya, Qana, İrlandiya, Yaponiya, İordaniya, Küveyt, Nepal, Nigeriya, Moldova, Ukrayna, Uruqvay və Zambiya 2027-2029-cu illər üçün BMT İnsan Hüquqları Şurasının yeni üzvləri olublar.
15 yeni üzvün 3 illik səlahiyyət müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.
Qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən UNHRC-nin ümumilikdə 47 üzvü var.




























