Səudiyyə Ərəbistanı Energetika Nazirliyi: Aramco-nun Dhahrandakı inzibati binası hədəfə alınıb
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ölkənin şərqindəki Zəhran şəhərində milli neft şirkəti Saudi Aramco-nun binasının hədəf alındığını açıqlayıb.
Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərdə Energetika Nazirliyindən adı açıqlanmayan bir mənbə, dünən gecə Şərq Bölgəsindəki Zəhran şəhərində Səudiyyə Aramco şirkətinə bağlı inzibati binalardan birinin hədəf alındığını bildirib.
Hücum nəticəsində məhdud miqyasda yanğın baş verdiyini bildirən mənbə, lazımi tədbirin alındığını qeyd edib.
Mənbə hadisə zamanı xəsarət və ya tələfat olmadığını vurğulayıb.




























