Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonunda seçicilərlə növbəti görüşünü keçirib. Görüş zamanı sakinlərin müraciətləri, şikayətləri dinlənilib və qaldırılan məsələlər qeydə alınıb.
Avropa.info xəbər verir ki, İmişlini hər zamankı kimi kənd-kənd, ev-ev gəzən deputat hər bir seçicinin müraciətini diqqətlə dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Görüş zamanı səsləndirilən şikayətlərin, qaldırılan problemlərin həlli üçün müvafiq qeydlər aparılıb. Bildirilib ki, hər bir məsələ aidiyyəti qurumlar qarşısında qaldırılacaq və qanunvericiliyə uyğun olaraq operativ şəkildə araşdırılaraq nəzarətdə saxlanılacaq.














































