Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası (MCP) bir neçə gün əvvəl ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı mövqeyini açıqlayıb. Bir daha bildiririk ki, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini pisləyir, beynəlxalq mediada ölkəmizə qarşı qərəzli informasiya manipulyasiyalarından narahatlığımızı ifadə edirik.
Avropa.info xəbər verir, Sosdem.az-a xəbər verir ki, bunu, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev ölkədəki ictimai-siyasi proseslər və təhsildəki vahid geyim formaları ilə bağlı bəyanatında deyib.
“MCP məktəblərdə vahid geyim formasının tətbiqini tam dəstəkləyir”
MCP başqanı Nazirlər Kabinetinin müvafiq qərarına və dünyəvi təhsil prinsiplərinə diqqət çəkib:
“Partiyamız məktəblərdə vahid geyim formasının tətbiqini dəstəkləyir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir və buna hər kəsi əməl etməyə çağırırıq. Eyni zamanda, milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyimlərdən istifadəyə imkan yaradıldığını da bəyan edirik”.
“Vahid geyim forması təhsil mühitində nizam-intizamı və bərabərliyi qoruyur”
Millət Vəkili dövlətin bu istiqamətdəki siyasi xəttinə dəstəyini ifadə edərək fikirlərini yekunlaşdırıb:
“İnanırıq ki, məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsil mühitində bərabərliyin və nizam-intizamın qorunmasına xidmət edir. Milli Cəbhə Partiyası dövlətimizin bu məsələdəki mövqeyini dəstəkləyir və hər zaman dəstəkləyəcəkdir”.




























