Ölkəsində davam edən etirazlarla bağlı Fransa prezidenti Emmanuel Makron, “Cümhuriyyəti məhv edənlər bunun bədəlini ödəməlidir. Respublikanı devirməyə cəhd edənlər cavab verməlidir” deyib.
Avropa.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron sarı jiletli nümayişlərdən sonra xalqa müraciətində Parisdəki zorakılığı pisləyib.
Ölkənin nizama və əmin-amanlığa ehtiyacı olduğunu bildirən Makron siyasi partiyaları və birlikləri zorakılığı pisləməyə çağırıb. Biznesmenlərə dəstəyin tez bir zamanda veriləcəyini açıqlayan Makron, kəşfiyyatla bağlı lazımi dərslərin alınması üçün göstəriş verdiyini söylədi.
Makron, “Talan edənlər dəymiş ziyanı ödəməlidir. Respublikanı devirməyə cəhd edənlər cavab verməlidir”





























