Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovu 65 illik yubileyi münasibətilə təbrik edib.
Avropa.info xəbər verir ki, təbrik məktubunda Xanoğlan Əhmədovun uzun illər ərzində vətəndaş cəmiyyətinin inkişafı, ictimai təşəbbüslərin dəstəklənməsi və media sahəsində səmərəli fəaliyyət göstərdiyi xüsusi vurğulanıb.
Təbrikdə deyilir:
“Hörmətli Xanoğlan müəllim,
Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, həyatınızın bu əlamətdar mərhələsində ən xoş arzularımızı çatdırırıq.
İllər ərzində vətəndaş cəmiyyətinin inkişafı, ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində göstərdiyiniz ardıcıl fəaliyyət peşəkarlığınızın, məsuliyyət hissinizin və ictimai maraqlara sadiqliyinizin bariz ifadəsidir.
Rəhbərlik etdiyiniz Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi layihələr media ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə, ictimai iştirakçılığın təşviqinə və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və həllinə mühüm töhfələr vermişdir.
Yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, zəngin təcrübəniz və yüksək təşkilatçılıq bacarığınız bundan sonra da ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına və ictimai əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəyərli töhfələr verəcəkdir.
Hörmətlə,
Aygün Əliyeva,
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri”






























