Bildirilib ki, ABŞ-ın İrana qarşı son hücumlarında gecə boyu İsfahan, Yəzd, Lorestan, Sistan-Bəlucistan, Hörmüzqan, Fars və Xuzistan əyalətlərində müxtəlif məntəqələr hədəfə alınıb.
Avropa.info xəbər verir ki, İran mətbuatında yer alan xəbərlərə görə, ABŞ ordusu ölkəyə qarşı hücumlarını gecə saatlarında da davam etdirib.
Hücumlar İsfahan vilayətinin mərkəzi İsfahan şəhəri, Luristan əyalətinin Hürrəmabad və Burucerd, Sistan-Bəlucistan əyalətinin Kunarek, Qeşm adası, Hörmüzqan əyalətinin Cask və Bəndər Abbas, Xuzistan əyalətinin Endimeşk, Ümidiye və Əhvaz, Fərzvin əyalətinin Fərzabad və Yəzdce əyalətində hədəf alınıb.
Bəndər Abbasa hücumda 2 nəfər, Xürrəmabad şəhərinə pilotsuz uçuş aparatının (PUA) hücumunda isə 2 nəfər yaralanıb.
Xuzistan valiliyi ABŞ-ın Əhvaz şəhərinə hücumu nəticəsində 4 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb.





























