Nikol Paşinyan seçki vədlərini yerinə yetirməyə başlayıb.
Avropa.info xəbər verir ki, İrəvan məhkəməsi Çiçəklənən Ermənistan partiyasının lideri və oliqarx Qaqik Tsarukyanı dələduzluq və külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə iki ay müddətinə həbs edib. Bu barədə hüquq-mühafizə orqanlarının açıqlaması və Tsarukyanın həbsinin görüntüləri yayımlanıb.
Görüntülərdə erməni oliqarxın müqavimət göstərmək istədiyi və bu vaxt hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən üzü üstə yerə yıxılaraq həbs olunduğu görünür.
Paşinyan seçki kampaniyası zamanı Tsarukyanın qanunsuz əməllərinə görə məhkəmə qarşısına çıxarılacağına söz vermişdi. Baş nazir, Robert Koçaryanı da hədələmişdi.
Bundan öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Tsarukyanın evində axtarış aparıblar. Onun şirkətlərinə daxil olan demək olar ki, bütün qurumlarda, eləcə də bu təşkilatların direktorlarının yaşayış yerlərində genişmiqyaslı axtarışlar aparılmışdı.
Rusiyanın Ermənistandakı adamlarından biri hesab olunan və Qarabağdakı separatizmə dəstək verən Tsarukyanın partiyası seçkidə 5 faizlik həddi keçə bilmədiyindən parlamentdən kənarda qalıb.
***
Ermənistanda məhkəmə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Avropa.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Biznesmen siyasətçiyə qarşı dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Tsarukyan 21 milyon dollar məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Tsarukyan özünü təqsirli bilmir.





























