Mərdəkanda dənizdə batan 15 yaşlı yeniyetmənin meyiti tapıldı

Mrdəkanda dənizdə batan yeniyetmənin meyiti batdığı yerdən 6 kilometr aralıda aşkarlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı ərazidən təxminən 6 kilometr aralıda, sahildə aşkar edilib.

XƏBƏR LENTİ