İsrail ordusunun atəşkəsə baxmayaraq səhər saatlarından etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 4-ə yüksəlib.
Xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail ordusu Deyr-Belah şəhərinin qərbində mülki əhalinin toplaşdığı ərazini pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb.
Avropa.info xəbər verir ki, İlkin məlumata görə, hücum nəticəsində 1 fələstinli ölüb, yaralananlar var.
Qəzza şəhərinin mərkəzi hissəsində yerləşən yaxınlıqdakı Vefa xəstəxanası da bombalanıb.
İzdihamın sıx olduğu və məcburi köçkün fələstinlilərin qaldığı çadırların olduğu ərazi İHA ilə hədəfə alınıb. Hücum nəticəsində bir fələstinli ölüb, çoxlu sayda yaralı var.
İsrail ordusunun səhər saatlarından etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində son can itkisi ilə həyatını itirənlərin sayı 4-ə yüksəlib.
İsrail ordusunun Xan Yunisin qərbindəki Mevasi bölgəsində səhər saatlarında mülki avtomobili hədəfə aldığı hücumda 2 fələstinli həyatını itirib.
1 illik atəşkəsə baxmayaraq hücum
Digər tərəfdən ötən axşam Xan Yunisin şimalındakı Satir bölgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan Yəhya Əbu Sumur (24) səhər saatlarında həyatını itirib.
İsrail ordusu 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, demək olar ki, hər gün Qəzza zolağına hücumlara davam edir.






























