İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsin Rezai Hörmüz boğazının yenidən açılması ilə bağlı deyib: “İranın təqdim etdiyi 7 şərt Hörmüz boğazı açılmazdan əvvəl yerinə yetirilməlidir. dedi.
Avropa.info xəbər verir ki, Rezai qatıldığı televiziya proqramında gündəmlə bağlı açıqlamalar verib.
Rezayi İranın xarici işlər naziri Abbas Erakçinin ABŞ nümayəndə heyəti ilə dolayısı ilə keçirdiyi görüşə işarə edərək deyib:
“Xarici işlər nazirinin Nyu Yorka səfəri zamanı İranın şərtlərini vasitəçilərə çatdırması qərara alınıb. İranın təklif etdiyi 7 şərt Hörmüz boğazı açılmamışdan əvvəl yerinə yetirilməlidir. Biz İslamabaddakı və ya ondan əvvəlki vəziyyətə qayıtmayacağıq. Təminat olmadan eyni diplomatiya ilə hərəkət edə bilmərik”.
Rezai region ölkələrinə İrana qarşı uçuş məhdudiyyətləri ilə bağlı xəbərdarlıq edərək, onların ABŞ-ın oyunlarında alət olmamalı olduqlarını və ABŞ-la əməkdaşlıq edən qonşu ölkələrin uçuşlarının əngəllənəcəyini bildirib.






























