ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada zəlzələnin episentrinin İndoneziyanın Flores bölgəsindən 68 kilometr şimal-qərbdə olduğu bildirilib.
Avropa.info xəbər verir ki, açıqlamada 7,7 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələ nəticəsində can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.
Zəlzələdən sonra eyni bölgədə 5,6-6,1 bal gücündə təkanlar qeydə alınıb və sunami riski ilə bağlı xəbərdarlıq edilib.





























