KKTC prezidenti Tufan Erhürman ötən bazar günü Girne sahillərində batmış sərnişin gəmisinin qalıqlarının tapıldığını açıqlayıb.
Avropa.info xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Tufan Erhürman, sosial media hesablarından verdiyi açıqlamada, “Gəmiyə çatıldı. Görüntü və axtarış işləri 24 saat davam edir. Fasiləsiz olaraq davam edəcək” dedi.
Erhürman açıqlamasında TCG Alemdar gəmisinin bölgəyə gələrək kəşfiyyat fəaliyyətlərinə başladığını və dünəndən etibarən Girne sahillərində kəşfiyyat işləri aparan TCG Işın ilə eyni texnologiyaya sahib olduğunu qeyd edib.
Gəmi Girne sahillərində batıb
KKTC-nin Girne Limanı ilə Mersinin Taşucu Limanı arasında fəaliyyət göstərən “Fleet Jet” adlı yüksək sürətli sərnişin gəmisi bazar günü günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb.
Girne limanına dönmək istəyərkən batan gəmidən 241 nəfər xilas edilib, 8 nəfərin cəsədi tapılıb, itkin düşən 20 nəfərin axtarışına başlanılıb.
Bildirilib ki, batmış gəminin qalıqları Girne sahillərində dənizin 550 metr dərinliyində tapılıb.






























