Pekin Ukraynada nizamlanmaya aparan yeganə yolu Zelenskinin Rusiya haqqında söylədiyi sözlərdən sonra adlandırıb.
Çin Ukraynadakı münaqişə tərəflərini təmkin nümayiş etdirməyə və dialoqu bərpa etməyə çağırıb.
Avropa.info xəbər verir ki,bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun brifinqdə deyib.
O, Vladimir Zelenskinin mülki təyyarələrin Rusiya üzərində hava məkanından istifadə etməsinin “təhlükəsiz” olduğu barədə bəyanatını belə şərh edib.
Quo Jiakun deyib ki, dialoq və danışıqlar Ukrayna böhranının həlli üçün yeganə əlverişli yoldur və bütün tərəfləri sakitlik və təmkinli olmağa çağırıb.
Bundan əvvəl Zelenski Rusiya hava məkanından və hava limanlarından istifadə edən xarici aviaşirkətlərə uçuşlar üçün artan risklər barədə açıq xəbərdarlıq etmişdi. O, açıqlamasında Ukraynaya məxsus pilotsuz təyyarələr səbəbindən Rusiya səmasının təhlükəli hala düşdüyü ilə təhdid edib.
Rusiya prezidenti Vladimir Putin Zelenskinin sözlərini “dövlət terroru üçün ərizə” adlandırıb. Dövlət başçısı Kiyevin danışıqların bərpasını xahiş etdiyinə də diqqət çəkib və vurğulayıb ki, “biz terrorçularla danışıqlar aparmırıq”






























