ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda İnqilab Keşikçiləri Ordusunun hədəflərinə qarşı başlatılan hücum dalğasının tamamlandığını açıqlayıb.
Avropa.info xəbər verir ki, İranda İnqilab Keşikçiləri Ordusunun hədəflərinə edilən hücumlarla bağlı CENTCOM-un sosial media platformasındakı hesabından açıqlama verilib.
Sözügedən hücum dalğasının tamamlandığı bildirilən açıqlamada, hücumlarda hava hücumundan müdafiə vasitələri, radar sistemləri, dəniz elementləri, mina basma imkanları və rabitə vasitələrinin hədəf alındığı qeyd edilib.
Bəyanatda həmçinin Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisinin fəaliyyət göstərdiyinə dair bəyanat da yer alıb.
CENTCOM İranın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki ABŞ personalına “hücum etməyə cəhd” göstərdiyi səbəbiylə İnqilab Keşikçiləri Ordusunun hədəflərinə hücum edildiyini açıqlamışdı.





























