Dünya

İran mətbuatı: İran ABŞ-ın hücumlarına cavab verdi

2 Sentyabr 2026, 00:5425
Reklam728x90
Reklam320x100

 

İran ordusunun ABŞ-ın hücumlarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə cavab verdiyi açıqlanıb.

Avropa.info xəbər verir ki, Tasnim Xəbər Agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələri ABŞ-ın bölgədəki bazalarına hücum edib.

Bildirilib ki, raket və PUA-larla həyata keçirilən hücumlar ABŞ-ın axşam saatlarında ölkənin cənubunda həyata keçirdiyi hücumlara cavabdır.

ABŞ ünsürlərinə qarşı hücumlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Digər tərəfdən, Buşehr vilayətinin Asuliye şəhərinin də ABŞ qüvvələrinin hədəfində olduğu açıqlanıb.

 

ABŞ: İranda İnqilab Keşikçiləri Ordusunun hədəflərinə hücumlar etdik

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı İnqilab Keşikçiləri Ordusunun hədəflərinə hücuma keçdiklərini açıqlayıb.

ABŞ ordusu hücuma keçdiyini elan etdikdən sonra İran mətbuatı Qeşm adasında, Bəndər Abbas, Sirik, Çabahar və Kunarekdə partlayış səslərinin eşidildiyini yazıb.

İran dövlət televiziyası Kirman əyalətindəki Ciroft hava limanının hədəf alındığını açıqlayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600