Fransanın cənub-şərqindəki Orange şəhərində bir mənzildə polisin axtarışı zamanı karton qutularda yeni doğulmuş 5 körpəyə aid olduğu güman edilən sümük qalıqları tapılıb.
Avropa.info xəbər verir ki, hadisədən sonra qətllə bağlı istintaq başladılıb. Prokurorluqdan verilən məlumata görə, proses bazar günü 32 yaşlı qadının evdə sağlam körpə dünyaya gətirməsi və daha sonra xəstəxanaya yerləşdirilməsi ilə başlayıb.
Bildirilib ki, qadınla birlikdə yaşayan 32 yaşlı şəriki arvadının hamiləliyini çox gec anladıqdan sonra evdə axtarış aparıb və insan qalıqlarına oxşayan parçalar tapıb.
Kişi vəziyyəti xəstəxanaya bildirdikdən sonra prokurorluq hərəkətə keçib.
Məhkəmə-tibb ekspertinin ilk ekspertizasına əsasən, qalıqların 5 yeni doğulmuş körpəyə aid olduğu təxmin edilib və dəqiq şəxsiyyətin müəyyən edilməsi üçün meyitin yarılacağı bildirilib.
Cütlüyün səkkiz və doqquz yaşlarında daha iki övladının olduğu öyrənilib. Hadisə ilə bağlı araşdırmalar davam edərkən, polisin ana ilə hələ görüşmədiyi bildirilir.






























