Filippində güclü zəlzələ baş verib.
Avropa.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat veriblər
Yeraltı təkanlar çərşənbə günü, iyunun 24-də yerli vaxtla saat 10:04-də (Bakı vaxtı ilə 06:04) qeydə alınıb. Təkanların maqnitudası 5,0-ə çatıb – seysmoloqlar bunu orta dərəcəli dağıntılara səbəb ola biləcək zəlzələ kimi qiymətləndirirlər.
Təbiət hadisəsinin episentri Balinqasay sahil rayonundan 75 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. İnsan tələfatı və infrastrukturun dağılması barədə məlumat daxil olmayıb. Ölkədə sunami təhlükəsi elan edilməyib.






























