Pekin ABŞ-ın Rusiya ilə ticarətə tariflər tətbiq etmək planlarına sərt cavab verib
Çinin digər ölkələrlə ticarət-iqtisadi əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib və müdaxilə və təzyiqlərə məruz qalmamalıdır.
Avropa.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun ABŞ-ın Rusiyanın enerji resurslarının alıcılarına rüsum tətbiq etmək planlarını şərh edərkən deyib.
“Çin həmişə bərabərlik və qarşılıqlı fayda əsasında bütün dünya ölkələri ilə normal ticarət-iqtisadi əməkdaşlıq edir. Belə əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsi və məcburiyyətinə məruz qalmır”, – diplomat bildirib.
Diplomat həmçinin vurğulayıb ki, Çin hakimiyyəti milli qanunvericiliyin ekstraterritorial tətbiqinə qarşıdır. Bunun nə beynəlxalq hüquqda, nə də BMT-də heç bir əsası yoxdur.
Bundan əvvəl Hindistan Rusiya və İrana qarşı yeni sanksiyaların ikitərəfli münasibətlər və qlobal enerji bazarı üçün mümkün nəticələri barədə ABŞ-a xəbərdarlıq edib.
Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi üçün lazımi sayda səs toplayıb.






























