İsrailin atəşkəsə baxmayaraq hücumlarının davam etdiyi Qəzzada son 24 saatda 5 nəfər həyatını itirib.
İsrailin atəşkəsə baxmayaraq hücumlarının davam etdiyi Qəzzada son 24 saatda 5 nəfər həyatını itirib.
Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Qəzzada etdiyi yazılı açıqlamada, İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərlə bağlı son məlumatlar paylaşılıb.
Atəşkəsə baxmayaraq İsrailin hücumlarının davam etdiyi Qəzzada son 24 saatda 5 nəfərin cəsədinin xəstəxanalara çatdırıldığı, 25 nəfərin isə yaralandığı bildirilib.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bu yana İsrailin hücumları nəticəsində 1399 nəfərin həyatını itirdiyi, 4 min 863 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisi 73 min 919 nəfərə, yaralı sayı isə 174 min 977 nəfərə yüksəlib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.






























