İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska paytaxt Madrid və ətraflarında baş verən meşə yanğınları səbəbindən “fövqəladə vəziyyət” elan etdiklərini açıqlayıb.
Avropa.info İspan RTVE Agentliyinə istinadən xəbər verir ki, Madrid və ətraflarında davam edən meşə yanğınları ilə bağlı İspaniya Daxili İşlər Nazirliyi tərəfindən yazılı açıqlama verilib.
Açıqlamada nazir Qrande-Marlaskanın meşə yanğınları səbəbindən “fövqəladə vəziyyət” elan etdiyi bildirilib.
Digər tərəfdən, səlahiyyətlilər yanğınların yaşayış məntəqələrini təhlükə altına alması və nəzarətdən çıxması halında ehtiyatlı təxliyələri də nəzərdən keçirir.
Madrid vilayət administrasiyasının məlumatına görə, meşə yanğınları ilə bağlı vəziyyət “kritik” səviyyədə qaldığı halda, bölgədə 3 böyük yanğın hələ də nəzarət altına alınmayıb.





























