11 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:”Tramp administrasiyasının vasitəçilik təşəbbüsləri Rusiyanı xilas etmək məqsədinə söykənir”

İyul 24, 2026
Siyasət
A A

 

Məlumdur ki, Rusiya–Ukrayna müharibəsinə Avropa İttifaqı ilə ABŞ-ın tamamilə fərqli və demək olar ki, bir-birinə zidd mövqeləri var. Şübhə yoxdur ki, bunu yalnız Donald Trampın hakimiyyətinin mövqeyi kimi təqdim etmək, yəni ABŞ-ın Avropadan fərqli yanaşmasını təkcə Tramp administrasiyasının siyasəti ilə izah etmək düzgün deyil. Şübhə yoxdur ki, Donald Tramp Amerika dövlətinin formalaşmış siyasi kursunu, başqa sözlə, ABŞ-ın dərin siyasi maraqlarını həyata keçirir. Rusiya–Ukrayna müharibəsinin ilk günlərindən görünən odur ki, Vaşinqton heç bir halda Ukraynanın Rusiya üzərində tam üstünlük qazanmasını qəbul etmir.

Bu sözləri Avropa.info-ya Milli Cəbhə Partiyasınin (MCP) başqan müavini siyasi şərhçi Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, əksinə, Rusiyanın müəyyən mənada Avropanı qorxu içində saxlaması ABŞ-ın maraqlarına xidmət edir.

Aİ isə ABŞ-dan fərqli olaraq vəziyyəti təkcə iqtisadi gəlir mənbəyi baxımından deyil, həm də strateji təhlükəsizlik və enerji təchizatı baxımından qiymətləndirir. Qaldı ki, hazırkı mərhələdə Ukraynanın Rusiya üzərində faktiki və açıq-aşkar təşəbbüsü ələ alması ABŞ-ı narahat etməyə bilməz. Baxmayaraq ki, bir müddət əvvəl NATO-nun Türkiyədə keçirilən sammitində ABŞ ümumi və vahid mövqedən çıxış etmiş kimi göründü.

ABŞ-ın Prezident Volodimir Zelenski ilə münasibətləri kifayət qədər gərgin və ziddiyyətlidir. İlk dövrlərdə Rusiya tərəfindən Zelenskinin prezidentliyinin legitimliyi sual altına alınarkən, ABŞ ona açıq siyasi dəstək verirdi. Sonradan Zelenski vəziyyəti dəyişə bildi. Hətta prezident Tramp 2021–2024-cü illərdə Ukrayna Ordusunun baş komandanı olan Valeri Zalujninin Zelenskinin yerinə gətirmək planı da vardı.

Bu gün Zelenskinin müdafiə naziri vəzifəsindən azad etdiyi Mixailo Fedorovun yenidən həmin vəzifəyə qaytarılması tələbi ətrafında baş verən etiraz aksiyaları və siyasi proseslərin də ABŞ tərəfindən istiqamətləndirildiyi də hiss olunur. Məqsəd isə Zelenskinin mütləq hakimiyyətinin zəiflədilməsi və nəticə etibarilə onun hakimiyyətdən uzaqlaşdırılması üçün siyasi zəmin formalaşdırmaqdır.

Belə olan halda, Zelenskinin bütün etiraz və təşəbbüslərinə baxmayaraq, keçmiş müdafiə nazirinin yenidən həmin vəzifəyə qaytarılmasının tələb edilməsi, əslində, dövlət başçısına qarşı siyasi və inzibati xarakter daşıyan bir təzyiq forması, hətta müəyyən mənada siyasi-inzibati üsyan kimi də qiymətləndirilə bilər və bu prosesin də Tramp administrasiyası tərəfindən təşviq olunduğu fikri mövcuddur.

Zelenski Donald Tramp hakimiyyətdə olduğu müddətdə müharibəni manevrlərlə davam etdirməyə, danışıqlar prosesini isə mümkün qədər uzatmağa çalışacaq. Danışıqların hansı nəticə verməsindən asılı olmayaraq, artıq Rusiya–Ukrayna müharibəsi Ukraynanın xeyrinə dəyişməkdədir. Rusiyanın da ABŞ-dan Ukrayna ilə müharibədə vasitəçi “xahişi” ABŞ-ın Ukraynanın cəbhədə uğurlarına mane niyyətini açıq göstərir. Manilada ASEAN çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio rusiyalı həmkarı, Xarici İşlər naziri Sergey Lavrov ilə Ukraynadakı müharibənin başa çatdırılması yollarını müzakirə etməsinin siyasi-diplomatik, hərbi nəticəsi mümkün deyil.

Rusiya–Ukrayna müharibəsi ətrafında ABŞ və Donald Tramp administrasiyasının bütün təşəbbüs, vasitəçilik cəhdlərinin mahiyyəti Ukraynanın Rusiya qarşısında əldə etdiyi üstünlüyün daha da genişlənməsinin qarşısını almağa yönəlib. Ancaq Trampın Zelenskiyə əvvəlki kimi təsir və təzyiq imkanları artıq xeyli məhdudlaşıb. Ukraynaya hərbi və maliyyə dəstəyinin əsas yükünü Avropa İttifaqı daşıyır. 23 iyulda da Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyib. Ən əsası isə Ukrayna müasir hərbi sənayesini sürətlə inkişaf etdirərək daha müstəqil mövqe, hərbi güc statusunu qazanıb.

Digər tərəfdən, ABŞ-ın İranla qarşıdurması Vaşinqtonun hərbi-siyasi resurslarını məhdudlaşdıraraq Trampın da nüfuzunu ciddi zədələyib. Bütün bunların fonunda ABŞ-ın hazırkı siyasəti Rusiyanın böyük dövlət statusunun qorunub saxlanmasına hesablanmış geosiyasi kursunun əhəmiyyətli nəticəsi mümkün deyil.

Avropa.info

Əvvəlki Yazı

Fələstin Səhiyyə Nazirliyi: 2026-cı ildə İordan çayının qərb sahilində İsrailin hücumlarında 86 fələstinli həlak olub

Növbəti Yazı

İspaniya paytaxt Madrid ətrafındakı meşə yanğınları səbəbindən “fövqəladə vəziyyət” elan edib

XƏBƏR LENTİ

İspaniyada sağ və ifrat sağçı partiyaların İsrailə açıq dəstəyi müzakirə olunur

İspaniyada sağ və ifrat sağçı partiyaların İsrailə açıq dəstəyi müzakirə olunur

10 Sentyabr 2026 / 17:11
37
Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

Birinci xanım Ərdoğan Fəthiyədə dənizin mühafizəsi kampaniyasına dəstək verir

10 Sentyabr 2026 / 16:40
24
Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

10 Sentyabr 2026 / 14:16
28
İspaniya tarixinin ən isti yayı keçirib

İspaniya tarixinin ən isti yayı keçirib

10 Sentyabr 2026 / 13:54
15
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyev İƏT-in Baş katibini təbrik edib

10 Sentyabr 2026 / 12:49
3
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Tərəflər arasında bu məsələlərlə bağlı hər hansı ciddi razılaşmanın əldə olunması çətin görünür”

10 Sentyabr 2026 / 11:38
63
Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

10 Sentyabr 2026 / 10:54
27
Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

10 Sentyabr 2026 / 10:03
17
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

10 Sentyabr 2026 / 10:00
18
Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

10 Sentyabr 2026 / 9:55
26
Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

Zərdab Sakinləri Rayon Polis Əməkdaşlarina Təşəkkür Etdilər

10 Sentyabr 2026 / 9:49
442
ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

10 Sentyabr 2026 / 9:07
10
İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

10 Sentyabr 2026 / 8:59
6
Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

10 Sentyabr 2026 / 8:53
13
ABŞ hücum dalğasının tamamlandığını açıqladı

WSJ: İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 / 8:39
10
25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

10 Sentyabr 2026 / 8:31
12
Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

09 Sentyabr 2026 / 16:02
3
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

09 Sentyabr 2026 / 15:35
13
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyevdən Şarovskinin vəfatı ilə bağlı – Nekroloq

09 Sentyabr 2026 / 15:30
13
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir hərbi gəmi vurulmayıb

09 Sentyabr 2026 / 15:25
15
Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

09 Sentyabr 2026 / 14:50
15
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

09 Sentyabr 2026 / 14:42
12
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev: “Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir”

09 Sentyabr 2026 / 13:11
75
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

09 Sentyabr 2026 / 12:24
9
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz”

09 Sentyabr 2026 / 10:56
71
İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

09 Sentyabr 2026 / 10:13
10
Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

09 Sentyabr 2026 / 9:23
1
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

09 Sentyabr 2026 / 9:04
22
Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

09 Sentyabr 2026 / 8:42
28
İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

09 Sentyabr 2026 / 8:36
25
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.