17 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Ziyalı Ocağı” İctimai Birliyi Xırdalan şəhərində “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” adlı seminar keçirdi

Oktyabr 31, 2025
Cəmiyyət
A A

Oktyabrın 30-da “Ziyalı Ocağı” İctimai Birliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 11 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” adlı maarifləndirici seminar keçirib.

Avropa.info xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Seminarı giriş sözü ilə açan Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfova iştirakçıları salamlayaraq qonaqları təqdim edib. O bildirib ki, bugünkü gənc nəsli zərərli xarici təsirlərdən müdafiə etmək, gələcəyi qorumaq, mühafizə etmək və əmin əllərə tapşırmaq deməkdir. Bu müqəddəs vəzifənin yükü hər birimizin çiyinlərindədir.

Layihə rəhbəri İlahə Əliyeva “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” mövzusunda çıxış edərək internetin, sosial şəbəkələrin və müxtəlif platformaların həm faydalı, həm də zərərli tərəflərindən danışıb. O qeyd edib ki, sosial şəbəkələr yalnız şəxsi ünsiyyət və ictimai münasibətlərin qurulması üçün vasitə deyil, həm də ictimai-siyasi baxımdan birbaşa təsir və idarəetmə alətidir:

“Bu gün bütün dünyanı hörümçək toru kimi öz ağuşuna alan sosial şəbəkələr yalnız şəxsi ünsiyyət və ictimai münasibətlərin qurulması, inkişaf etdirilməsi üçün yaradılan platformalar deyil, o eyni zamanda ictimai-siyasi baxımdan biraşa təsir və idarəetmə vasitəsidir. İnternetdən, sosial şəbəkələrdən qarşıdurma, informasiya müharibəsi meydanı olaraq istifadə edən radikal qrupların, ekstremistlərin, terrorçuların məqsədləri xalqlar, ölkələr və bütünlükdə insanlar arasına nifaq salmaq, qırğınlar törətmək, dini ayrı-seçkilik yaratmaqdır. Təsir kanalı olaraq istifadə olunan bu platformaların başlıca hədəfi xüsusilə uşaq və gənclərdir”.

“Dilimizə, dinimizə, adət-ənənələrimizə, bütünlükdə, milli mentalitetimizə qarşı gözlənilən hər cür xarici təsirlərin, ideoloji təxribatların qarşısını əl-ələ verərək, birgə, mütləq şəkildə almalıyıq. Aramıza zəhərli və ziyanlı alaq otlarının daxil olmasına qətiyyən icazə verməməliyik. Sizin hər biriniz mövcud cəmiyyətimiz tərəfindən qınan və qəbul edilməyən yaşam tərzi ilə bağlı aparılan təbliğatlara uymamalı, milli-mənəvi dəyərlərimizə və ailə modelimizə üstünlük verməlisiniz. Siz bu torpağın, bu vətənin, bu xalqın övladlarısınız və ona vəfa, etibar, sədaqət borcunu şərəflə ödəməlisiniz”, – deyə o əlavə edib.

Layihənin eksperti Fuad Hüseynzadə “Uşaqlar və yeniyetmələr arasında vətənpərvərliyin təbliği” mövzusunda çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən igid əsgərlərin qəhrəmanlığından danışıb:

 “Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimizi müasir gənclik bu gün layiqincə sevərək yaşatmalı, sonsuz qürur və fəxrlə gələcəyə daşımalıdır”.

Ekspert audutoriyaya səslənərək, onları sosial şəbəkələrdə fəal olmağa, dünyanın müxtəlif dillərində ölkəmizi və onun igid, qəhrəman oğlanlarını, qızlarını tanıtmağa çağırıb.

Araşdrımaçı jurnalist Rəsul Mirhəşimli isə “İnternetin həyatımızdakı rolu: müsbət və mənfi tərəflər” mövzusunda məruzə ilə çıxış edərək, internetin insanlara verdiyi faydalardan və eyni zamanda onun yarada biləcəyi təhlükələrdən və mənfi təsirlərindən danışıb:

“İnternet müasir dövrdə insanların həyatının ayrılmaz hissəsinə çevrilib. O, bizə məlumat əldə etməyi, ünsiyyət qurmağı və təhsil almağı daha asan edir. İnsanlar internet vasitəsilə dünyada baş verən hadisələrdən anında xəbərdar ola bilirlər. Lakin internetin mənfi tərəfləri də az deyil, asılılıq, vaxt itkisi və yanlış məlumatların yayılması kimi problemlər mövcuddur. Buna görə də internetdən istifadə edərkən məsuliyyətli və ölçülü olmaq vacibdir”.

Seminar layihə rəhbəri və ekspertlərin iştirakı ilə şagirdlərlə canlı debat və müzakirə şəraitində davam etdirilib.




Əvvəlki Yazı

“Ziyalı Ocağı” İctimai Birliyi Bakı şəhərində “Bu Vətən sənindir, səni çağırır” adlı seminar keçirdi

Növbəti Yazı

“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin icrasını yekunlaşdırdı

XƏBƏR LENTİ

Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:52
1
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

17 İyul 2026 / 11:47
1
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

17 İyul 2026 / 11:41
1
Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

17 İyul 2026 / 11:35
4
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:26
5
Deputat Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

Deputat Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

17 İyul 2026 / 11:11
117
Ukrayna  dronlarla Rusiyaya kütləvi hücum etib

Ukrayna dronlarla Rusiyaya kütləvi hücum etib

17 İyul 2026 / 11:01
1
Xankəndində güclü yanğın baş verib

Xankəndində güclü yanğın baş verib

17 İyul 2026 / 10:36
1
Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

17 İyul 2026 / 10:29
4
Oğuzhan Uğur həps edildi

Oğuzhan Uğur həps edildi

17 İyul 2026 / 10:21
6
Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

ABŞ İrana zərbələr endirdi İran qarşiliq verdi

17 İyul 2026 / 10:02
1
Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

17 İyul 2026 / 9:30
1
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

17 İyul 2026 / 9:07
1
İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

17 İyul 2026 / 9:01
2
ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

17 İyul 2026 / 8:16
1
ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

17 İyul 2026 / 8:08
1
I kurs tələbəsi vəfat etdi

I kurs tələbəsi vəfat etdi

17 İyul 2026 / 7:48
5
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

16 İyul 2026 / 21:16
9
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

16 İyul 2026 / 18:15
52
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

16 İyul 2026 / 17:43
29
Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

16 İyul 2026 / 17:05
1
Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

16 İyul 2026 / 16:54
6
Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

16 İyul 2026 / 16:49
1
Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
3
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Çin və Rusiyanın Ukrayna məsələsində mövqeləri necə uzlaşır?

Çin və Rusiyanın Ukrayna məsələsində mövqeləri necə uzlaşır?

16 İyul 2026 / 8:48
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.