Rusiya Silahlı Qüvvələri Zaporojye şəhərinə idarəolunan aviabombalarla (KAB) zərbələr endirib.
Avropa.info xəbər verir ki, hücum nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb.
Məlumata görə, idarəolunan aviabombalar vilayət mərkəzinin yaşayış massivlərinə düşüb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, zərbələr nəticəsində yaşayış binalarına və qeyri-yaşayış obyektlərinə ziyan dəyib, ərazidə yanğınlar baş verib.
Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub, yanğınların söndürülməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir






























