Yunanıstanın İsraildən aldığı Axilles Qalxanı adlı hava hücumundan müdafiə sisteminə təqaüddə olan yunan komandirlər də reaksiya verir. Sistemin açarının İsrailin əlində olması “milli təhlükəsizlik problemi” kimi qiymətləndirilir.
Yunanıstanın İsraildən aldığı hava hücumundan müdafiə sisteminə reaksiyalar davam edir. Əvvəlcə müxalifət partiyalarından tənqid gəldi, sonra mətbuat və akademik dünya reaksiya verdi, indi isə istefada olan yunan komandirlərdən bir-birinin ardınca sərt bəyanatlar gəlməkdədir.
Avropa.info xəbər verir ki, Təqaüddə olan vitse-admiral Stelyos Fenekos, “Axilles Qalxanının dəyəri 3 milyard avrodur, lakin İsraildən bu asılılığın əslində nə qədər başa gəldiyini hesablamalıyıq” dedi.
Fenekos, mənbə kodlarının Yunanıstana ötürüldüyünə dair heç bir işarənin olmadığını, bunun da texnoloji və əməliyyat asılılığı yaradacağını söylədi.
“Mənbə kodu milli təhlükəsizlik məsələsidir”
Bu yaxınlarda Axilles Qalxanı sisteminin komanda və idarəetmə imkanları ilə bağlı mənbə kodunun Yunanıstana verilməyəcəyi və İsrailin əlində qalacağı açıqlandı.
Təqaüdçü vitse-admiral Vasilyos Martzoukos, “Mənbə kodu milli təhlükəsizlik məsələsidir” deyərək bunun İsrailin nəzarətində olduğunu bildirib. Martzoukos xəbərdarlıq edib ki, böyük raket ehtiyatları olmasa, ən müasir qalxan belə əməliyyatlardan bir neçə gün ərzində tükənmək riski daşıyır.
Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Dimitris Pantelatos Egeydəki Yunan adalarına raket sistemlərinin yerləşdirilməsini tənqid etdi; O, bu müdafiə sisteminin Egey kimi adalarla dolu bir dəniz üçün təhlükəli olduğunu bildirib.
Pantelatos, ehtiyatlar tükəndikdə yenilərinin daşınmasının çox çətin olacağını vurğuladı. Dedi ki, “biz təfərrüatlarını bilmədiyimiz bir şey üçün pul ödəyirik”.





























