Yaponiyanın cənubundakı Kumamoto prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Avropa.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yerli vaxtla saat 16.27-də mərkəzi Kumamoto prefekturasının Uki və Hikava bölgələrində zəlzələ baş verib.
7,1 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
NHK dövlət telekanalının məlumatına görə, yeraltı təkanlar nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Agentlik zəlzələnin Kumamoto şəhərinin Yatsushiro, Uto və Maşiki bölgələrində də güclü hiss edildiyini bildirib.
Dövlət televiziyası NHK bildirib ki, zəlzələdən sonra Kumamoto sahilində yerləşən Yatsushiro dənizi sahilində sunami baş verə bilər.






























